• $
  • €
  • ₽
  • ₺
  • £

Ev heyvanı saxlamaq neçəyə başa gəlir? - ARAŞDIRMA

Ev heyvanı saxlamaq neçəyə başa gəlir? -  ARAŞDIRMA
03.12.2021 10:10
Azərbaycanda ev heyvanları saxlayanların sayı ilbəil artır. Buna  əmin olmaq üçün Bakı küçələrinə ötəri nəzər yetirmək kifayətdir. Əgər əvvəl it, pişik gəzdirənlər az-az gözə dəyirdisə indi hər küçədə , parkda xeyli sayda it sahiblərini görmək olur. Bəs görəsən ev heyvanı saxlamaq nə dərəcədə heyvansevərlərin cibinə uyğundur?
 
Artıq 8-9 ildir ki, müxtəlif cinsdən olan,  şüurlu şəkildə inkişaf etmiş, intellektual sayılan  tutuquşular  saxladığını bildirən  fotoqraf  Elxan Qəniyevin sözlərinə görə,  tutuquşuların beyninin inkişafının müxtəlif fazalarda olmasına  görə müxtəlif olur, bəzi tutuquşular 5-10, bəzilərinin 20-30, digərlərinin isə 200-300-ə qədər söz təkrar edə bilir. 

"Məsələn, kiçik tutuquşular sadəcə öz dişilərini cəlb etmək üçün sizin sözlərinizi və səslərinizi təkrarlamağa çalışırlar. Əvvəl bu şüursuz şəkildə baş verir, daha sonra isə harda və necə təkrar etməyi zamanla öyrənirlər. Jako, Amazon və Ara kimi tutuquşular  intellektual düşünə bilə, rəngləri fərqləndirə, saymağı bacara bilirlər. Bu da onların qiymətlərinə təsir edir. Belə tutuquşuların qiymətləri 2000-8000 manat arası dəyişir. Ümumiyyətlə isə, 8 manatdan başlayaraq 10000 manata qədər tutuquşu əldə etmək olur”.
 
İnsanların tutuquşulara qarşı etdiyi səhvlərdən birinin də onların həmin quşların daha tez danışması üçün səbrsizləndiyini vurğulayan Elxan Qəniyev sahibinin hər hansı  tutuquşunu aldıqda  ona bir həftə toxunmaq lazım olmadığını qeyd edib.
 
"Aldığınız  hər hansı quş növü əvvəl ev şəraitinə uyğunlaşmalıdır. Əksinə, onun üzərinə getsəniz o ömrü boyu sizdən çəkinəcək və sizinlə danışmayacaq. Ona görə də onlara qarşı həssas yanaşmaq lazımdır. Yemlə bağlı çalışmalıyıq ki,  tutuquşulara eyni yemi verməyək. Məsələn, ancaq qarğıdalı, tum və ya darı vermək tutuquşulara ziyandır. Yalnız, semiçka ilə qidalandıqda quşlarda piylənmə əmələ gəlir. Açıq şəkildə satılan yemlərdən istifadə etmək düzgün deyil. Bir çox ev heyvanı  yemləri ilə məşğul olan ölkələr var ki, onların hazırladıqları yemlərdən istifadə etmək məqsədəuyğundur. Bu yemlər həm protein, həm də yem çeşidlərinin zəngin olması baxımından çox faydalıdır”.
 

 
Quşlar üçün tibbi yardıma o qədər də ehtiyacın olmadığını deyən Qəniyev onları  külək və soyuqdan qorumağın vacib olduğunu bildirir. 

 "Onları qorumasan hətta, soyuqdəymədən ölə də bilərlər. Quşların saxlandığı yerin də çox böyük önəmi var. Əgər onlarla kifayət qədər vaxt keçirə bilməsəniz  çoxlu oyuncaqlar olan yerdə də saxlaya bilərsiniz. Çünki, quşlar da insanlar kimi tək qalanda stres düşə bilər. Bu onlarda həmçinin tüklərinin tökülməsinə və ölümə səbəb ola bilər. Yuva nə qədər geniş olarsa quş o qədər rahat yaşaya bilər. İnsanlar çox vaxt düşünür ki, alınan hansısa quş azadlıqda yaşasaydı daha yaxşı olardı. Lakin, bu düzgün fikir deyil. Həmin quşu alıb azadlığa buraxsanız onlar yaşamayacaqlar. Çünki, onlar məhz təbiətdən kənarda yetişdirilmiş quşlardır. Sırf qəfəsdə yetişdirilmiş quşların generasiyası dəyişdirilir və qapalı mühitə öyrədilmiş quşlar olurlar. Bu növ quşları birdən-birə azadlığa buraxsanız onlar üçün həyati təhlükəyə səbəb olar”, - deyə Qəniyev əlavə edib.
 
11 itə sahib olduğunu, hər birini də xəstə və yaralı halda küçədən tapdığını deyən heyvan haqları müdafiəçisi Nicat İsmayılov 1 it üçün aylıq qida xərcinin 15-20 manat təşkil etdiyini bildirib.
 
"Qida xərcindən başqa itlərə 6-8 aydan bir qurd qovucu verilməlidir. Bu da 30 manata başa gəlir. İtlər üçün səyahət qabları çox bahadır. Bir it üçün səyahət qabı 400 manat təşkil edir” , - deyə İsmayılov  şikayətlənir.
 
Evində balıq və it saxlayan Cavid Səfərov deyir ki, balıqların 1 aylıq yeminə  3 manat verir. Onlara ildə bir dəfə verdiyi dərman isə 1 manat 50 qəpikdir. 
 
Onun sözlərinə görə, akvariumun dəyəri  30 manat, akvarium üçün filtr 25 manat, aksesuarlar isə 42 manat təşkil edir.”

 "İtin illik yeməyi isə 100-120 manatdır" - deyə Səfərov əlavə etdi. 
 

 
Xəyalə Kərimova isə dovşan həvəskarıdır. O deyir ki, hər ay bu məqsədlə  50 manat xərcləyir. 
 
"Dovşanı rayonda saxlayıram. Ona xüsusi yemək vermirdim. Kələm, kök alıram. Bir də həyətdə gəzişir, istədiyini yeyir. Dovşanlar vitamini təkcə həyətdəki otlardan ala bilmir. Onların orqanizmi  həmçinin əlavə qidalar tələb edir. Ay ərzində  3-4 kələm, 2 kq kök yeyirlər. Bu da ən çox 10-15 manat təşkil edir. Qidalanmaları aya görə dəyişir. Fərqli tərəvəzlər də yeyirlər” ,  - deyə Kərimova əlavə edib.

Pişik yemi üçün ayda 9 manat pul xərclədiyini deyən psixoloq Əli Nadirli bununla yanaşı bəzən  sosis məmulatları və toyuq budu alıb, yal kimi qaynadıb, pişiklərə yedirdiyini deyib.
 

 
 "Baytar həkiminə isə onları ümumiyyətlə aparmıram. Çünki, baytar həkimləri bütün prosedurların qiymətini yuxarı deyir. Buna görə də onların müalicəsi ilə özüm məşğul oluram”, -  deyə psixoloq bildirib.   

Zoo mağaza sahibi  İntiqam Əsədov heyvan yemləri və müxtəlif ev heyvanları satılan mağazalara tələbatın əvvəlki illərə nisbətən daha çox olduğunu söylədi.
 
 "Qiymətlər artsa da mağazaya gələnlərin sayı yenə də çoxdur.  Heyvan yeməklərini Rusiya və Türkiyədən gətiririk. Bəzi heyvan sahibləri ayda bir dəfə yemək aldığı və daha çox evdə olan məhsullardan istifadə etdiyinə görə onlar üçün qiymət dəyişikliyi baxımından heç bir narazılıq yaranmır”, -  deyə mağaza sahibi qeyd edib.

Hər il noyabrın 30-u bir çox ölkələrdə Ümumdünya Ev Heyvanları Günü kimi  qeyd olunur. Bu günün təsis olunması ideyası Təbiətin qorunması hərəkatı tərəfdarlarının 1931-ci ildə Florensiyada (İtaliya) keçirilən Beynəlxalq konqresində səslənmişdir. Həmin vaxtdan bu bayram dünyanın bir çox ölkələrində qeyd olunur.

Təsadüfi deyil ki, bu günün devizi Antuan de Sent Ekzüperinin məşhur əsərinin qəhrəmanı Balaca Şahzadənin bütün insanlara ünvanlanmış sözləridir -  "Sən əhliləşdirdiklərin üçün hər zaman cavabdehsən”.
 



Fidan Salmanova

www.anews.az

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol