Amnistiya Aktı 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub

Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindən 7 nəfər məhkum azadlığa buraxılıb, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, həmin şəxslərə amnitsiya aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.
www.anews.az
O bildirib ki, həmin şəxslərə amnitsiya aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.
"Onlardan 6 nəfəri azadlığa buraxılır, bir nəfər isə narkomaniya ilə mübarizə çərçivəsində cəlb olunduğu müalicə prosesi bitdikdən sonra azadlığa buraxılacaq", - deyə o bildirib.
Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.
Aytac Zeynalova
www.anews.az
Son xəbərlər 
Daha çox 























