• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq Amnistiya Aktı ilə bağlı yeni statistikanı açıqlayıb

Prokurorluq Amnistiya Aktı ilə bağlı yeni statistikanı açıqlayıb
06.12.2021 14:56
Bu günə qədər amnistiyanın 85 faizi məhkum olunmuş şəxslərə tətbiq edilib. Hərbi sahədə bu rəqəm 27-dir. Prokurorluq orqanları tərəfindən bu günə kimi 53, Fövqəladə Hallar Nazirliyi tərəfindən 1 halda istintaq mərhələsində amnistiya tətbiq edilib, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev "8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.
 
"Ən çox Amnistiya Aktı Bakıda tətbiq edilir. Daha sonra, Salyan, Sumqayıt, Xırdalan, Gəncə və s. rayonlarda da Amnistiya Aktı tətbiq edilir. Müxtəlif rejimli çəzaçəkmə məntəqələrinə diqqət yetirilən zaman isə 5 saylı cəzaçəkmə müəssisəsi ön sıralarda gedir”, - o vurğulayıb.
 
Amnistiya Aktı ekoloji cinayətlər törətmiş 48, hərbi xidmət əleyhinə olan cinayətlər törətmiş 45, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyinə olan cinayətlər törətmiş 220 şəxsə tətbiq edilib. Aktın ən çox tətbiq edildiyi sahə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətlərdir. Mülkiyyət əleyhinə olan cinayətlərə isə 992 halda amnistiya tətbiq edilib. Həyat və sağlamlığa qəsdən ziyanvurmaya görə cinayət törətmiş 523 nəfərə amnistiya tətbiq edilib.  Vəzifə cinayətləri (korrupsiya və qulluq mənafeləri əleyhinə olan digər cinayətlər) ilə bağlı həbs edilmiş 41 nəfərə, müharibə cinayətləri ilə bağlı həbs edilmiş 1 nəfərə Amnistiya Aktı tətbiq edilib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol