İsraildə azərbaycanlı iş adamının evlərinə həbs qoyulub

İsraildə azərbaycanlı biznesmen Telman İsmayılovun ailəsinin iki evinə həbs qoyulub.
Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, daşınmaz əmlakın qiyməti 3 milyon dollar olaraq qiymətləndirilir.
Telman İsmayılovun özü Monteneqroda olduğundan bütün rəsmi proseslərin icrası bir qədər vaxt tələb edib. Sənədlər İsrail və Monteneqro arasında gedib-gələrkən Telman İsmayılov daşınmaz əmlakı oğlu Ələkbər İsmayılova verib.
Lakin BM-Bank məhkəmə yolu ilə bu əmlakın barəsində həbs tədbirinin seçilməsinə nail olub. İndi proses İsmayılovun oğlu ilə davam etdiriləcək. Məhkəmə prosesi çərçivəsində BM-Bank Tel-Əvivdəki evlərin qanunsuz olaraq özgəninkiləşdirildiyini sübut etməyə çalışacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























