• $
  • €
  • ₽
  • ₺
  • £

282 nömrəli məktəb şagirdinin hərəkətləri araşdırılır

282 nömrəli məktəb şagirdinin hərəkətləri araşdırılır
07.12.2021 16:54
282 nömrəli məktəbin şagirdi olan S.T ( şərti ad red.)barədə yayılan məlumatlar arasında şişirdilənlər var,  bunu anews.az-a açıqlamasında məktəblinin qardaşı Ə.Q (şərti ad red.) anews.az-a bildirdi.

O dedi ki, məlumatları təkzib etmir. 
 
"Guya qardaşım müəllimi döyüb, dərsdə bıçaq çıxarıb. Bunların hər biri yanlış məlumatlardır. Xahiş edirəm araşdırın. Dünən anamı gördüm, halı çox pis idi. Ona görə gəlmişəm ki, direktorla danışım. Dünən direktor anamı qəbul etməyib.  Hazırda anamın himayəsindəyəm, ailədə iki qardaşıq"- , deyə o əlavə edib.

Sözügedən məktəbin musiqi müəllimi Nazilə Məmmədova Anews.az-a bildirib ki, müəllimləri hədələyir; "anama deyərəm sizi şikayət edər, sizi işdən çıxardarlar'' kimi ifadələr səsləndirir.
 

"Sözügedən uşaq dərsdə uşaqların fikrini yayındırır, müəllimlərə cavablar qaytarır, bəzən müəllimləri hədələyir", -deyə bildirib. 

Məktəbdə təhsil alan digər şagirdlər də faktı təsdiqlədi. 

Məktəbdən verilən məlumata görə, məktəbin 7c sinif şagirdi sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir. Həmin şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir.
 

"O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbləşərək müəllimlərə də xəsarət yetirir. Şagirdin anası da psixoloji cəhətdən qüsurludur. Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir", - deyə məlumatda  bildirib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, şagirdlə bağlı idarə müvafiq araşdırma aparır.

 "Təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür", - deyə idarədən bildirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev  də Bakının Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir

O qeyd edib ki, rayon polisin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir:
 
"Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq", - deyə Hacıyev bildirib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol