• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda küçəyə atılan qadınla bağlı - Rəsmi açıqlama

Bakıda küçəyə atılan qadınla bağlı - Rəsmi açıqlama
07.12.2021 18:13
Sosial şəbəkədə Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 51 ünvanında bir qadının küçəyə atılması ilə bağlı məlumat yayılıb.

Bildirilir ki, qadını ayda bir neçə dəfə gətirib günlərlə qeyd olunan ünvana qoyurlar. Məlumata görə, qadının həm də əlilliyi var. Yaxınları tərəfindən küçəyə atıldığı iddia olunan qadın gecəni də qeyd olunan ünvanda keçirir.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etdik.
Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov "Qafqazinfo”ya sözügedən şəxs barədə Sosial Xidmətlər Agentliyinə məlumat daxil olduğu bildirib.

Onun sözlərinə görə, məlumat verilən andan etibarən Agentliyin əməkdaşları tərəfindən onun axtarışı və ehtiyaca uyğun olaraq Agentliyin aidiyyəti müəssisəsinə yerləşdirilməsi barədə proses başlanıb.

Məlum olub ki, haqqında danışılan qadın Ucar şəhərində qeydiyyatda olan Məlahət Əsgərzadədir:

"Əməkdaşlarımız Məlahət xanımla söhbət apararaq problemi və küçədə qalma səbəbi ilə maraqlanıblar. Ona ünvanlanan suallara dolğun cavablar verməsə də, məlum olub ki, qadının övladlarından biri Bakıda yaşayır.

Məlahət Əsgərzadə əməkdaşlarımıza və əraziyə dəvət olunan hüquq-mühafizə orqanlarının əməkdaşlarına övladlarının əlaqə nömrəsini təqdim etməyə, həmçinin, onlarla əlaqə qurmağa etiraz edərək, tək yaşamaq istədiyini bildirib.

Vətəndaşa hüquqları izah edilərək, Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, razılığı olacağı təqdirdə onun Sığınacağa yerləşdirilməsinə lazımi dəstək göstəriləcək.
Ancaq təəssüf ki, Məlahət xanım müəssisəyə getmək istəmədiyini bildirərək etiraz edib, bütün cəhdlərimizə mənfi reaksiya verib”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol