• $
  • €
  • ₽
  • ₺
  • £

Qubadakı xalça zavodunda 410 min manat mənimsəmə olub

Qubadakı xalça zavodunda 410 min manat mənimsəmə olub
07.12.2021 19:08
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.

İlk olaraq "Azərxalça”nın tikinti işlərinə nəzarət edən Qurban Babazadə ifadə verib. Şahid bildirib ki, işlədiyi müddət ərzində qiymətlərin şişirdilməsi ilə bağlı Vidadi Muradov tərəfindən podratçı şirkətə tapşırıqlar verildiyini görməyib:

"Mən rayonlarda aparılan tikintilərlə məşğul olmuşam. Verilən smetalarda da hər hansı çatışmazlıq olmayıb”.
Dövlət ittihamçısı şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadələri arasında ziddiyyət olduğunu qeyd edib:

"Burda başqa şey deyirsiniz, amma istintaqda başqa sözlər demisiniz. Necə olur bu? "Azərxalça”nın təkcə Qubada yerləşən xalça istehsalı zavodunda 410 min 661 manat mənimsəmə olub”.
Daha sonra qurumun baş mühasib işləmiş Mirseymur Qasımov və digər əməkdaşları ifadə veriblər. İfadələr zamanı məlum olub ki, "Azərxalça”nın dövlət büdcəsinə 640 min manat vergi borcu var.
Proses dekabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, "Azərxalça”nın sədri Vidadi Muradov bu ilin yanvarında həbs edilib. Onkoloji xəstəlikdən əziyyət çəkən V.Muradov oktyabrın 30-da ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə evində vəfat edib.
Daha sonra həyat yoldaşı hüquqi varisi təyin olunub və məhkəmə prosesi davam etdirilib. İş üzrə "Azərxalça” ASC və Dövlət Vergi Xidməti zərərçəkmiş kimi tanınıb.

V.Muradov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. O, vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinirdi. Məhkəmə V.Muradovun və oğlu Aydın Muradovun 30 milyon manatlıq əmlakına həbs qoyub.

Xatırladaq ki, Vidadi Muradovun digər oğlu Cavid Muradov Sabunçu Rayonunun Polis İdarəsinin rəisidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol