• $
  • €
  • ₽
  • ₺
  • £

Azad edilmiş ərazilərdə qoruqlar birləşdirilə bilər

Azad edilmiş ərazilərdə qoruqlar birləşdirilə bilər
08.12.2021 11:12
İşğaldan azad edilmiş ərazilərdə 4 yasaqlığın və iki qoruğun statusunun dəyişdirilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin planları var.
 
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəlifliyin Mühafizəsi Departamentinin direktor müavini Rəşad Allahverdiyev "Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi üzrə ilkin milli seminarda deyib.
 
Onun sözlərinə görə, planların həyata keçirilməsində məqsəd uzun illər düşmən tapdağı altında olan ərazilərə vətəndaşların gedilməsini asanlaşdırmaqdır:"Həmin ərazilərin daha əlçatan olması üçün qoruqların, yasaqlıqların birləşdirilməsi gündəmdədir. Bu da ondan irəli gəlir ki, həmin ərazilər barəsində vətəndaşlar daha məlumatlı olsunlar. İşğaldan azad edilmiş ərazilərdə müşahidə edilən flora və fauna bu gün digər milli parklarda və qoruqlarda nadir hallarda var".
 
Seminar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Qlobal Ekologiya Fondu tərəfindən təşkil olunub.
FAO -nun Azərbaycan Nümayəndəliyinin rəsmisi Bariz Mehdiyevin sözlərinə görə, FAO -nun Azərbaycan nümayəndəliyi ölkədəki fəaliyyətini Azərbaycan hökuməti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir: "FAO-nun Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini BMT-nin Davamlı İnkişaf üzrə Çərçivə proqramı üzrə qurur. Həmin proqram üzrə qeyd edilən prioritetlər Azərbaycanın uzunmüddətli strateji prioritetləri ilə uyğunlaşdırılır. Bu istiqamətdə müvafiq dövlət qurumları ilə layihərlə bağlı ideyalar hazırlanır. Bundan sonra da layihələrin icrasına başlanılır. Bugünkü tədbirdə həmin layihələrdən biridir. Layihənin həyata keçirilməsində məqsəd biomüxtəliflik sahəsində dayanıqlı inkişafı təmin etməkdir".
 
Xatırladaq ki, layihənin həyata keçirilməsində bir sıra komponentlər müəyyən edilib. Layihə biomüxtəlifliyin qorunmasında landşaft yanaşmasını dəstəkləmək üçün siyasət , tənzimlənmə və qərar qəbuletmə çərçivəsini gücləndirəcək. Bundan əlavə, layihə innovativ strategiya və alətlərdən istifadə etməklə xüsusi mühafizə olunan ərazilər sistemin idarə edilməsini və uğurlu tətbiqini yaxşılaşdıracaq.
 
Azerbaycanın xüsusi mühafizə idarəsinin əraziləri sistemi hazırda ölkənin 10,3 %-ini əhatə edir və 10 dövlət təbiət qoruğu, 10 Milli Park və 23 Dövlət Təbiət Yasaqlığını əhatə edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol