• $
  • €
  • ₽
  • ₺
  • £

Peşə təhsilinə qəbul olanların sayı artıb

Peşə təhsilinə qəbul olanların sayı artıb
25.12.2021 20:30
Son dövrlərdə peşə təhsilində artım müşahidə olunur. Peşə təhsilinə qəbul olmaq istəyənlərin sayında 30 faiz, qəbul olanların sayında isə 12 faiz artım var. Hazırda peşə təhsilində təhsil alanların sayı 26 600 nəfərdir, bunu Azərbaycan Karyera İnkişaf Forumunda Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda hər il doğulan 150-160 min uşaq məktəbi və ya hər hansı təhsil prosesini bitirəndə əmək bazarına hər hansı bir ixtisası olmadan daxil olur.

"9-cu sinfi bitirir, əlində attestatı var, heç bir ixtisası yoxdur, 11-ci sinfi bitirir yenə də eyni problem. Bütün təhsil müəssisələrində oturacaqların sayı ilə doğulan uşaqların sayı arasında da bəlli bir fərq var. Bu fərq ona görədir ki, bir çox hallarda insanlar təhsillərini davam etdirmək istəmir", - deyə o bildirib. 

Ali təhsil məsələsinə gəldikdə isə nazir deyib ki, 1990-cı illərin əvvəlində ali məktəblərə qəbul planı 15-16 min idisə, hazırda bu rəqəm 48 min civarındadır.
 
"Son 5 ildə ərizə verənlərlə qəbul olanlar arasında fərq fərq 2-dən aşağı düşüb. Hazırda qəbul planı 48 mindirsə, ərizə verənlərin sayı təxminən 80-90 min olur. Hər il ali təhsil müəssisələrinə rekord sayda qəbul olur", - deyə o əlavə edib. 

Emin Əmrullayev deyib ki, artıq yüksək peşə ixtisasları da açılıb, bunun fərqi odur ki, kollec məzunları subbakalavr pilləsində ali məktəblərə qəbul ola bilir.
 
"Bundan sonra peşə təhsilində artım labüddür. Qısa müddətli peşə hazırlığı və ya təlimlər də olduqca innovativ həll yoludur. Çünki bir çox ixtisaslar yenidir, həm bizim üçün, həm də dünya üçün. Ənənəvi sahələr yavaş-yavaş sıradan çıxıb, yeni sahələr daxil olur. Bu kurslara 3-6 müddətində cəlb olunanların demək olar ki, yarısı işlə təmin olunur", - deyə o bildirib. (apa.az)


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol