• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ərazilər gələn il UNESCO-nun irs siyahısına daxil olacaq

Bu ərazilər gələn il UNESCO-nun irs siyahısına daxil olacaq
08.12.2021 12:22
Hirkan meşələri gələn il UNESCO-nun irs siyahısına daxil olacaq, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəlifliyin Mühafizəsi Departamentinin direktor müavini Rəşad Allahverdiyev "Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdərəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi üzrə ilkin milli seminarda deyib.

Onun sözlərinə görə, Hirkan Milli Parkı unikal ərazidir.
 
"2022-ci ilin iyun ayında Hirkan meşələri artıq UNESCO-nun irs siyahısında olacaq. Milli parkın UNESCO çərçivəsində müəyyən fəaliyyətlərin aparılması qarşımıza hədəf kimi qoymuşuq. Parkda müəyyən infrastrukturun inkişafına ehtiyac var", - deyə o bildirib. 

Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edir. Orada onlar Azərbaycanın cənub-qərbindən şimala qədər və uzunluq dairəsindən səkkiz xətdən yuxarı şərqə İranın Gülüstan əyalətinə doğru uzanan ensiz əyilmiş meşə regionunu formalaşdırır. Sahil düzənliyinin təbii meşələri insanlar tərəfindən tamamilə təmizləndiyinə və əkinçilikdə intensiv istifadə edildiyinə görə müasir dövrdə bu unikal meşə birlikləri silsiləsi Lənkəran dağlarının şimal-şərq və Əlburz dağlarının şimal yamaclarına qədər məhdudlaşıb.

Qazıntı halında tapılmış qalıqlar sübut edir ki, Hirkan meşələri 23 və 5,3 milyon il əvvəl Miosen geoloji erasında şimal yarımkürəsinin hər yerində geniş yayılmış meşə birlikləri nəslindəndir, lakin onun sərhədləri Pleistosendə baş vermiş iqlim dəyişikliyi zamanı əhəmiyyətli dərəcədə azalıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol