• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik şəhid anasının pensiyasını KƏSDİ

Nazirlik şəhid anasının pensiyasını KƏSDİ
09.12.2021 11:10
Mingəçevirdə şəhid anasının xəstəliyə görə sosial pensiyası kəsilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "qaynar xətti" zənglərə cavab vermir.
 
Məsələ ilə bağlı  Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Emin Firqət oğlu Rüstəmzadənin anası Kəmalə  Rüstəmova bildirib ki, o, ikinci qrup əlildir:
 
"Onkoloji xəstəliyimə görə iki dəfə əməliyyat olunmuşam. 2-ci qrup əlil olduğum üçün dövlət tərəfindən hər ay 130 manat əlillik pensiyası alırdım. Son 4 aydır ki, əlillik üzrə sosial pensiyam dayandırılıb. Səbəb  olaraq təkrar müayinədən keçməyimin vacib olduğunu bildirdilər. Bütün tələblərə riayət etməyimə baxmayaraq nə cavab verən var, nə də ölçü götürən. Btün aidiyyatı qurumlar məsələdən xəbərdardır. Həyat yoldaşım Firqət kişi "142" qaynar xətt nömrəsinə dəfələrlə zəng edib. Ən üzüntülü məsələ odur ki nazirlik rəsmiləri telefon zənglərimizə cavab vermir. Yeganə oğul övladımı Vətən Müharibəsində itirmişəm. Oğlumun İnci və Nura adlı iki qız övladı var. Onlar da mənim himayəmdədirlər. Bir şəhid anası olaraq əlillik pensiyamın bərpa edilməsinə yardım göstərilməsini xahiş edirəm".
 
Şəhid Emin Rüstəmzadə ailənin yeganə oğul övladıdır. Onun bir bacısı var. Övladları və xanımı valideyinləri ilə birgə yaşayır. Şəhidimiz "Suqovuşanın azadlığı uğrunda", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medallarına layiq görülüb.(Unikal.org)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol