Qarabağda işləyən şəxsdən narkotik götürülüb

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində üzərində narkotik vasitə olan şəxs aşkar edilərək məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, daxil olan məlumat əsasında Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayon sakini Namiq Novruzov saxlanılıb.
Ermənistan işğalından azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı olan Namiq Novruzovun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
www.anews.az
























