• $
  • €
  • ₽
  • ₺
  • £

"Hər an helikopter qəzası ola bilər" - Neftçilər şikayət edir - Rəsmi açıqlama

"Hər an helikopter qəzası ola bilər" - Neftçilər şikayət edir - Rəsmi açıqlama
15.12.2021 17:57
"SOCAR"-ın dəniz obyektlərinə məxsus platformalarında çalışan bir qrup neftçiləri son zamanlar havada uçuş zamanı "Silk Way Helicopter Services" MMC şirkətinə məxsus helikopterin uçuşu zamanı yaranan nasazlığından narazıdır, bu barədə məlumatı Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı öz facebook hesabında paylaşıb."Silk Way Helicopter Services" MMC şirkəti isə hmin helikopterlərdə heç bir nasazlıq olmadığını deyir. 
 
"Şəkildə gördüyünüz MI8 markalı helikopter ''SWHS HELICOPTER SERVICES'' şirkətinə məxsusdur. SOCAR dəniz obyektlərində ( platforma, özüllər və s.) çalışan 20-21 nəfər neftçi işə bu helikopterlərlə aparılıb gətirilir. İşçilər son zamanlar havada uçuş zamanı helikopter mühərrikində nasazlıq yaranması halını müşahidə ediblər. Helikopterlər köhnədir və onların iş resursu tükənib. Problem əsasən, AZE 69, 71 və 73 nömrəli helikopterlərdə müşahidə olunub. Son 3 ay ərzində uçuş bir neçə dəfə yarımçıq saxlanılıb və məcburi eniş olunub. Pilotlar işçilərə məcburi enişin, helikopterin resurslarının tükəndiyi ilə əlaqələndiriblər. BP şirkəti yuxarıda qeyd olunan helikopter xidmətindən deyil, AZ 50 yeni müasir helikopterdən istifadə edir. Nə vaxtsa bir hadisə baş versə, deyəcəklər ki, külək əsdi, helikopter yerə çırpıldı.Buna görə də işçiləri işə aparıb, gətirilməsinə nəzarət olunmalıdır.  Helikopterdə baş verən nasazlıqlar barədə əməkdaşlar işdən çıxarılma qorxusu ilə şikayət edə bilmirlər.  Hadisəni ictimailəşdirmək üçün  mənə məlumat veriblər, ancaq bu məsələ hələ də, həllini tapmayıb'', deyə Mirvari Qəhrəmanlı bildirib.


"SOCAR"-ın  İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov anews.az-a bildirib ki, həmin helikopterlərin mütamadi nəzarəti SOCAR-ın nəzarətində deyil.
 
"Helikopterlərin əməliyyatı "Silk Way Helicopter Services" MMC   şirkətinə məxsusdur.  Əməkdaşların bir yerdən başqa yerə aparılması üçün "SOCAR" həmin şirkətə müraciət edir. Bu zaman helikopterlə təmin edilir. Helikopterin texniki vəziyyəti ilə bağlı nəzarət həmin şirkət tərəfindən qarşılanır. Texniki problem müşahidə olunarsa, bizim işçilərdən və yaxud digər vətəndaşlardan həmin şirkətə bir başa müraciət edə bilərlər''- ,deyə Əhmədov qeyd edib.

"Silk Way Helicopter Services" MMC şirkətindən məsələ ilə bağlı anews.az-a açıqlamasında bildirib ki, vertolyotların saz vəziyyətdə olması daimi ciddi nəzarətdədir, tələb olunan dövrü, vaxtarışı işlər istesalatçı tərəfindən təyin olunmuş təmir proqramlarına tam raiyət etməklə yerinə yetirilir.
 
"ASG Helikopter Serrvises" MMC- yə aid şirkətin hava donanmasında Russiya istehsalı olan iri flyuzelajlı Mi tipli, İtaliya istehsalı olan Avqusta Vestlan 139 tipli, Fransanın istehsalı olan Super Puma tipli kimi HG-ləri yer alıb. Hər bir HG-si hər gün uçuş qabağı inspeksiya keçir və uçuşdan sonra  xüsusi proqram təminatı vasitəsi ilə uçuş məmulatlarını qeyd edən sistemin verdiyi məlumatlar mütəxəssislər tərəfindən araşdırılır, təhlil edilir və uyğunsuzluqlar olduğu halda HG-si uçuşdan kənarlaşdırırır və texniki xidmət göstərilir. Mütəmadi olaraq təmirarası resurs başa çatdıqda helikopterlərin istisimarı dayandırılır və əsaslı təmirə göndərilir. Uçuş zamanı yaranmış nasazlıqlar haqqında uçuş heyyəti tərəfindən  təlimata əsasən tələb olunan məntəqələrə (Dispetçerə)  məlumat verilir. "SOCAR"-a hər ay sorğu anketi göndərilir və onlar tərəfindən görülmüş xidmətlər qiymətləndirilir. Hazırda "SOCAR"-a xidmət göstərən Mİ tipli vertolyotlar 2009-cu ildə yenilənib. İstehsalatçının  tərəfindən "Mi" tipli helikopterlərə təyin edilmiş istismar müddəti 35 ildir, yəni istismar etdiyimiz helikopterlər istifadə müddətinin yalnız 30%-ni aşıblar. "Mi" tipli HG-dən başqa müasir AvqustaVestland 139 tipli HG-lər "SOCAR" sərnişinlərin daşınmasında istifadə edilir. Bu HG-ləri şirkətin daxili maliyyə resursları hesabına 2013-cü ildən başlayayarq alınması başlanmış, ən sonuncusu 2020-ci ildə Azərbaycana gətirilmiş və istismara verilib"-, deyə şirkətin sözcüsü əlavə edib.
 
Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri qəzaya uğrayıb. Xızıda yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəza nəticəsində 14 nəfər hərbçi şəhid olub. Bu helikopterlərin hər ikisi Rusiya istehsalıdır.

 

Aytac Zeynalova 
 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol