• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Bali Demokratiya Forumunda təmsil olunub

Azərbaycan Bali Demokratiya Forumunda təmsil olunub
09.12.2021 17:44
İndoneziyada Bali Demokratiya Forumunun "İnsanlıq üçün demokratiya: pandemiya dövründə iqtisadi və sosial ədalətin təşviq olunması” mövzusunda 14-cü sessiyası keçirilib.

Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.

Sessiyada onlayn formatda iştirak edən M.Məmməd-Quliyev çıxışında Azərbaycanın COVİD-19 pandemiyası ilə qlobal mübarizəyə verdiyi töhfələri vurğulayıb, ölkəmizin "vaksin millətçiliyinə” qarşı çıxdığını qeyd edib. Bu xüsusda o, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkəmizin Qoşulmama Hərəkatının sədri qismində təklifi əsasında 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirildiyi, eləcə də Qoşulmama Hərəkatı adından Azərbaycanın irəli sürdüyü "Bütün ölkələrin vaksinlərə bərabər və universal əlçatanlığının təmin edilməsi” barədə qətnamənin BMT-nin İnsan Hüquqları Şurasında konsensusla, BMT Baş Assambleyasının 3-cü komitəsində isə dövlətlərinin böyük əksəriyyəti tərəfindən dəstəklənərək qəbul edildiyini xatırlatmışdır. Nazir müavininin çıxışında, həmçinin ölkə daxilində pandemiya dövründə əhalinin sosial və iqtisadi hüquqlarının təmin edilməsi istiqamətində görülən tədbirlər öz əksini tapıb.

Nazir müavini Məmməd-Quliyev 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam etmiş münaqişəyə son qoyulduğunu, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu tədbir iştirakçılarının diqqətə çatdırıb. Davamlı sülhün və inkişafın Azərbaycanın gələcəyə baxışının əsasını təşkil etdiyini bildirən nazir müavini, üçtərəfli bəyanatların tam həyata keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Çıxışı zamanı nazir müavini, əsrlər boyunca müxtəlif etnik və dini qrupların birgə, dinc yaşadığı Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə önəm və töhfə verməsindən bəhs edib. Bu xüsusda ölkəmizin bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi vurğulanıb.
Forumda bir çox dünya və region dövlətlərinin ictimai və siyasi xadimləri, o cümlədən ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu çıxış etmişlər.

Məlumat üçün bildirmək istərdik ki, Bali Demokratiya Forumu İndoneziya hökumətinin təşəbbüsü ilə 2008-ci ildən etibarən keçirilir və Asiya-Sakit okean və daha geniş regionda demokratiyanın müsbət təcrübələrin mübadiləsi yolu ilə təşviqinə xidmət etməkdədir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol