• $
  • €
  • ₽
  • ₺
  • £

Kübra Əliyeva Rəmişin həyat yoldaşının bıçaqlanmasından danışdı

Kübra Əliyeva Rəmişin həyat yoldaşının bıçaqlanmasından danışdı
10.12.2021 23:13
Əməkdar artist Kübra Əliyeva mərhum gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) və xanımı Gülü Hüseynova ilə bağlı maraqlı faktı açıqlayıb.

O, bu barədə "Tarixin bir günü" proqramında danışıb. Kübra Əliyeva deyib ki, Gülü Rəmişə görə öz bacısı oğlu tərəfindən bıçaqlanıb:

"Bunu heç yerdə deməmişəm. İlk dəfə danışıram, Gülü məni bağışlasın. Bu sirri saxlamağım bəsdir. O vaxt Gülü Rəmişi görüb, evinə gətirib. Rəmiş də deyib ki, evlənək. Sonra Gülünün bacısı oğlu söyləyib ki, sən bu evi bizə verəcəksən, Rəmiş burada nə gəzir? Elə bu məsələyə görə bacısı oğlu Gülünü bıçaqlayıb. Ona üç-dörd dəfə bıçaq vurub. Qonşu dedi ki, Kübra xanım, xəbəriniz var Gülü xəstəxanadadır? Maşını necə sürdümsə, bir Allah bilir. Çatdım xəstəxanaya, yuxarı mərtəbəyə qalxdım. Həkim məni qarşıladı, dedi, Kübra xanım, hər şey qaydasındadır. Sən demə, Rəmiş Gülünü aparıb ki, işə polis qarışmasın. Tez getdim evlərinə, gördüm ki, Rəmiş oturub, Gülü də yaralı-yaralı ona qulluq edir. Onunla maraqlandım, dedi ki, narahat olma tikiş qoyublar. Sonra məni mətbəxə çağırdı, dedi ki, onun üstünə çox getmə, bir də mənə halallıq ver. Dedim, niyə? Qayıtdı ki, Rəmiş bu evi satmaq istəyir. Mən də söylədim ki, sən on ildir Rəmişi istəyirdin, onu tapmısansa, nə deyir o olsun. Halallıq verdim, Rəmiş evi satdı", - deyə o bildirib. ( olay.az) 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol