• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbə hücum olunması xəbərlərinə DİN-dən AÇIQLAMA

Məktəbə hücum olunması xəbərlərinə  DİN-dən AÇIQLAMA
11.12.2021 12:11
Tərtərin Şıxarx qəsəbəsindəki 2 saylı tam orta məktəbə hücum edilməsi ilə bağlı yayılan məlumat Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb. Məktəbə hər hansı hücum olması ilə bağlı iddialar təsdiqini tapmayıb,  bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

"Qeyd etmək istərdik ki, İkinci Qarabağ müharibəsi zamanı Silahlı Qüvvələrimizə qarşı cavab tədbirləri görə bilməyən erməni hərbi birləşmələri evlərə və digər mülki obyektlərə raket və artilleriya zərbələri endiriblər. Bu atəşlər nəticəsində evləri zərər görmüş Şıxarx qəsəbə sakinləri və bir neçə köçkün ailələri həmin məktəbdə müvəqqəti yerləşiblər. Ötən müddət ərzində yaşayış yerləri tam hazır olmayan bir neçə ailə hal-hazırda orada yaşayır. Məktəbdə avadanlıqlara ziyan dəyməsi və dağınıqlığın yaranması isə nəzarətsizlik səbəbindən baş verib. Hal-hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir", - məlumatda bildirilib.
 
Ötən gün Naməlum şəxslər Tərtərdə məktəbə hücum etməsi barədə məlumatlar yayıldı. Hadisə rayonun Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdə baş verib. Məktəbin bir sıra otaqları, avadanlıqlar naməlum şəxslər tərəfindən dağıdılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol