Avtomobil divara çırpılıb - Xəsarət alanlar var

Şəkidə xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə Qumux kəndində qeydə alınıb.
Hərəkətdə olan 55-CC-104 dövlət qeydiyyat nişanlı "Peugeot" markalı avtomobil yoldan çıxaraq divara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan bir nəfər sərnişin müxtəlif xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiliblər.
www.anews.az
























