Samuxda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. "Qafqazinfo”nun xəbərinə görə, rayonun Alıuşağı kənd sakini, 1989-cu il təvəllüdlü Tofiq Vəliyev yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.www.anews.az