• $
  • €
  • ₽
  • ₺
  • £

Saleh Rüstəmovla bağlı müraciətlərin nəticəsi yaxın günlərdə AÇIQLANACAQ

Saleh Rüstəmovla bağlı müraciətlərin nəticəsi yaxın günlərdə AÇIQLANACAQ
13.12.2021 16:23
Azərbaycan Respublikası Penitensiar xidmətinin müalicə müəssisəsində  38 gün aclıq aksiyası  keçirən Saleh Rüstəmov barədə dövlət qurumlarına hüquq müdafiəçilərinin etdiyi  müraciətlərin nəticəsi yaxın günlərdə bilinməlidir, bunu anews.az-a açıqlamasında  Dilarə Əliyeva adına qadın hüquqlarının müdafiəsi cəmiyyətinin rəhbəri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. 
 
"Biz  Saleh Rüstəmov ilə bağlı bir çox  dövlət qurumlarında müxtəlif şəxslərlə görüşüb, müraciətlər ünvanladıq. Bu gün səhər həmin qurumlarla yenidən əlaqə saxladıq. Bizə dedilər ki, nəticələri yaxın günlərdə biləcəyik, hazırda gözləyirik", - deyə o bildirdi.
 
Bir həftə öncə hüquq müdafiəçiləri daxili işlər naziri Vilayət Eyvazovla görüşdüklərini bildirmişdilər. 
 
*******
 
Azərbaycan Respublikası Penitensiar xidmətinin müalicə müəssisəsində  38 gün aclıq aksiyası  keçirən  Saleh Rüstəmov bu gündən su və dərmanlardan imtina edərək quru aclığa başlayıb, bunu anews.az-a açıqlamasında onun vəkili Bəhruz Bayramov bildirib.

"Bu gün saat 14:00 radələrində Saleh Rüstəmovla 3-4 dəqiqəlik görüşə bildim. Görüş zamanı məhkəmələr barədə maraqlandı, mən də məlumat olmadığını bildirdim. Bundan sonra o bu gündən müalicədən imtina edəcəyini, 38 gündür davam edən aclığını quru aclıqla əvəzləyəcəyini  bildirdi. Qərarından döndərməyə çalışsam da, razı olmadı", - deyə o bildirdi. 
 
AXCP fəalı, birinci Qarabağ müharibəsi qazisi Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və Cinayət məcəlləsinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma maddəsi ilə ittiham olunaraq 7,3 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan ali məhkəmə cəza müddətini 2 ay azaldıb. Saleh Rüstəmov azadlığa buraxılması tələbi ilə noyabrın 6-dan etibarən aclıq aksiyası keçirir.

Saleh Rüstəmov ombusman  Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib. Bir qrup ziyalı, jurnalist və hüquq müdafiəçisi Saleh Rüstəmovun azadlığa buraxılması üçün ölkə rəhbərliyinə müraciət edib.
 
Ləman Qasımova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol