Ağsuya qonaq gedən gənc qətlə yetirildi

Sabirabaddan Ağsuya gələn qonaq qətlə yetirilib.
Anews.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Ağsunun Padarqışlaq kəndində qeydə alınıb.
Bu zaman qonaqla qohumlar arasında mübahisə yaranıb. Aralarında yaranan mübahisə zəminində Sabirabad sakini Dərgahlı Məmmədkərim bir neçə bıçaq xəsarəti alıb.
Ətrafdakıların köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Dərgahlı Məmmədkərim xəstəxanada dünyasını dəyişib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























