• $
  • €
  • ₽
  • ₺
  • £

Mopedlərlə bağlı yeni qanun layihəsi hazırlanacaq

Mopedlərlə bağlı yeni qanun layihəsi hazırlanacaq
14.12.2021 13:48
"Mopedlər, yəni 50 kub/sm-dək motor həcmi olan nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük hüququ, eləcə də onların dövlət qeydiyyatına alınması qanunvericilikdə hələ ki nəzərdə tutulmayıb. Vətəndaşlarımızın son illərdə bu cür vasitələrdən istifadə etməsi ümumi nəqliyyatın hərəkətində kifayət qədər önəmlidir və hesab edirik ki, bu cür vasitələrdən düzgün şəkildə istifadə olunması yollarda sıxlıq və tıxacların qarşısının alınması üçün öz töhfəsini verəcək”.
Bunu  Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib.
 
"Lakin bununla yanaşı vətəndaşlarımızın haqlı narazılıq və narahatlığı da az deyil. Bu cür vasitələrlə törədilmiş qəzalar, eləcə də qayda pozuntuları xüsusi texniki vasitələrlə aşkarlanması mümkünsüzdür. Hesab edirik ki, yeni qanun layihəsində tərəfimizdən edilmiş təkliflər qısa zamanda öz həllini tapacaq və bu cür nəqliyyat vasitələrini idarə edən şəxslərin məsuliyyəti dərinləşəcək və ciddiləşəcək. Əlavə olaraq bildirmək istəyirik ki, hərəkətin digər iştirakçıları – mopedlər, skuterlər, velosipedlər, yeni nəsil minik vasitələr mövcud qanunvericilikdə olmasa da, nəzərdə tutulan yeni qanunvericilik layihəsində öz həllini tapacaq məsələlər siyahısındadır”, - baş inspektor söyləyib.
 
Onun sözlərinə görə, mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq yol-patrul xidmətinin əməkdaşları tərəfindən yollarda bu cür vasitələrlə qayda pozuntusu edən şəxslərə adekvat münasibət göstərilir və hüquq çərçivəsində lazımi tədbirlər görülür: "Belə ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq hərəkətin digər iştirakçıları qismində olan şəxslərə müvafiq hallarda 20 manatdan 100 manat məbləğinədək cərimə nəzərdə tutulub".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol