• $
  • €
  • ₽
  • ₺
  • £

Allahverdi Mirzəyevin qətli ilə bağlı yeni detallar

Allahverdi Mirzəyevin qətli ilə bağlı yeni detallar
16.12.2021 12:01
Bakıda kriminal aləm üzvlərinə yaxınlığı ilə tanınan və evinin həyətində qətlə yetirilən Allahverdi Mirzəyevlə bağlı bəzi məqamlar məlum olub.

Allahverdi Mirzəyev uzun müddətdir ailəsi ilə problem yaşayırmış.

Yaxınlarının sözlərinə görə, son dövrlər həyat yoldaşını incidən, ona əziyyət verən Allahverdi Mirzəyevin bu əməllərinə görə ailəsi ilə münasibətləri pozulub.

Qeyri-rəsmi nikahda olduğu qadına ev və maşın alması bu münaqişələri pik həddə çatdırıb. Buna görə həyat yoldaşı, oğlu və qaynı ilə tez-tez mübahisələri düşürmüş. Hətta bir neçə il öncə münaqişə zəminində arvadına məxsus evi sökərək ona 50 min manat zərər vurmasına dair mediada məlumatlar yayılıb.

Allahverdi Mirzəyev özü bizneslə məşğul olub və sərnişindaşıma üçün iritutumlu avtobusları olub. Bir neçə şirkətlə əməkdaşlıq edərək bu avtobuslarla onların işçilərinin daşınmasını həyata keçirib.

Mirzəyev hazırda həbsdə olan kriminal aləm üzvlərinə yardım göndərməklə tanınıb və onlara yaxın olduğu bildirilir. Özü isə bir neçə il əvvəl xuliqanlığa görə məhkum olunub və cəzasını çəkdikdən sonra azadlığa çıxıb.
 
Məlumata görə, bir müddət öncə isə Allahverdi Mirzəyev özünün və həyat yoldaşının evini banka girov qoyaraq yarım milyon manata yaxın kredit götürüb. Mütəmadi olaraq davam edən və yığılıb böyük problemlərlə nəticələnən belə münaqişələr sonda qətllə nəticələnib. A.Mirzəyevin ailəsinə olan münasibəti həyat yoldaşının qardaşı Taryel Qurbanovun səbir kasasını daşırıb.

Dekabrın 10-da Taryel Qurbanov onun evinə gələrək həyətdə gözləyib. Allahverdi Mirzəyev 10 RL 313 dövlət nömrə nişanlı "Gelandewagen” markalı avtomobilindən düşüb həyətinə daxil olan zaman qaynı ov tüfəngi ilə onun çənəsindən atəş açaraq qətlə yetirib.Taryel Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Cinayətdən sonra A.Mirzəyevin oğlunun da dayısına kömək etdiyi iddia olunur.

Məlumata görə, Mirzəyevin oğlu atasının qətlə yetirildiyi silahı gizlədib. Hazırda mərhumun oğlu cinayət məsuliyyətinə cəlb edilməsə də, istintaq bu iddiaları araşdırır.

Rəsmi açıqlamada da qətlin ailə münaqişəsi zəminində baş verdiyi qeyd olunub. (kriminalqafqaz)



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol