• $
  • €
  • ₽
  • ₺
  • £

KİV nümayəndələri üçün media-tur təşkil edilib

KİV nümayəndələri üçün media-tur təşkil edilib
16.12.2021 16:49
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu” (AzMİ) və "Azərbaycan Standartlaşdırma İnstitutu” public hüquqi şəxsin laboratoriyalarına media-tur təşkil olunub. KİV nümayəndələrinə laboratoriyalar haqqında ətraflı məlumat verilib.  

KİV nümayəndələri  öncə AzMİ-nin Kalibrləmə laboratoriyası ilə tanış olublar. Məlumat verilib ki, İnstitutun əsas fəaliyyət istiqamətləri dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması, saxlanılması və ötürülməsinin təmin edilməsidir. Qeyd olunub ki, laboratoriyada 40-dan çox dövlət kəmiyyət vahidi etalonları saxlanılır. Bu etalonlar temperatur, kütlə, elektrik, vaxt və tezlik, təzyiq, ionlaşdirici şüalanma, sixliq və özlülük kəmiyyətləri dövlət etalonları laboratoriyalarında tətbiq olunurlar. Bildirilib ki, cari il ərzində AzMİ tərəfindən 3217 təsərrüfat subyektinə xidmət göstərilib. 1.652.000-dən çox ölçmə vasitələri və sınaq avadanlıqları yoxlanılıb, 528 ədəd dövlət kəmiyyət və kəmiyyət vahidləri etalonları kalibrlənib, daxil olan müraciətlər əsasında 223 ölçmə vasitəsinin tipi təsdiq olunaraq dövlət reyestrində qeydiyyata alınıb, 43 nəfər ixtisasartırma kurslarını bitirərək müvafiq sertifikatlarla təmin olunublar. Qeyd olunub ki, AzMİ Ölçülər və Çəkilər üzrə Baş Konfrasına (CİPM) assosativ üzv və Beynəlxalq Qanunverici Metrologiya Təşkilatına (OIML) müxbir üzv qismində Azərbaycanı beynəlxalq qurumlarda təmsil edir. Hazırda Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (KOOMET) həqiqi üzvüdür. Bu əməkdaşlığın nəticəsində AzMİ-yə İSO/IEC 17025 beynəlxalq standartın tələblərinə uyğuluğunu təsdiq edən QSF-R53 nömrəli "Tanınma haqqında  şəhadətnamə” verilib.
Sonra KİV nümayəndələri "Azərbaycan Standartlaşdırma İnstitutu "publik hüquqi şəxsin nəzdində olan Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında olublar. Media təmsilçilərinə məlumat verilib ki, 2012-ci ildən fəaliyyət göstərən laboratoriya ən yeni texnologiya ilə istehsal edilən və beynəlxalq standartlara cavab verən 40-dan çox avadanlıq və ölçmə vasitələri ilə təchiz olunub. Sınaq laboratoriyasında normativ sənədlərə əsaslanaraq neft-qaz və neft-kimya məhsullarının (xam neft, təbii qaz, dizel yanacağı, kerosin yanacağı, benzin yanacağı, mühərrik yağları, sürtkü yağları, antifrizlər, lay suları, tullantı suları, yod, boya, emulsiyalar, yağ əsaslı laklar, tinerlər, yuyucu və ağardıcı casitələr, sabunlar, şampunlar, dezinfeksiyaedici vasitələr, naftalan yağları) fiziki-kimyəvi parametrləri analiz olunur.

Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında media nümayəndələri qarşısında 16 sınaq keçirilib. Bunlar benzin yanacaqlarında oktan ədədinin, dizel yanacağında setan ədədinin, benzin və dizel yanacaqlarında sıxlığın təyini, dizel yanacağında donma temperaturunun təyini, dizel yanacağında alışma temperaturunun təyini, yuyucu vasitələrdə aktiv maddələrin təyini və s. sınaqlardır.

Sonda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol