• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq istintaqdakı sənədlərin saxta olmasına görə məsuliyyət daşımadığını açıqladı

Baş Prokurorluq istintaqdakı sənədlərin saxta olmasına görə məsuliyyət daşımadığını açıqladı
16.12.2021 18:22
Bu gün "Qafqazinfo”da Balakən rayon sakini Həcər Dibirovanın müraciəti əsasında yayımlanan məqalə barədə Baş Prokurorluq açıqlama yayıb.

"Qafqazinfo”ya daxil olan məlumatda qurum məqalədə qeyd edilən iddiaları təkzib etdiyini bildirir.

Məqalənin qısa məzmunu bundan ibarətdir ki, 2020-ci ilin iyul ayında Balakən rayonu, Meşəşambul kənd sakini Həcər Dibirovaya məxsus obyektdə baş verən yanğın hadisəsi ilə bağlı istintaqa təqdim edilən müqavilə saxta çıxıb.

Baş Prokurorluq isə açıqlamasında qeyd edir ki, istintaq qurumları tərəfindən sübutların əldə edilməsi zamanı müxtəlif qurumlara sorğular verilib, sənədlər toplanılarkən araşdırma orqanı həmin sənədlərin saxta olub-olmamasına məsuliyyət daşımır.

Və hazırda "Azərişıq” ASC və digər qurumlardan daxil olan sənədlərin tədqiqi üzrə zəruri istintaq hərəkətlərinin yerinə yetirildiyini bildirir.
Açıqlamada qeyd edilir ki, cinayət işinin başlanılması haqqında qərar qəbul edilərkən "Azərişıq” ASC-nin hər hansı sənədinə istinad olunmayıb. Bu zaman ekspertiza rəylərinə əsaslandırıldığı bildirilir.
Qeyd edək ki, ticarət mərkəzində baş verəndən yanğından sonra Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə aparılan araşdırma zamanı məlum olub ki, hadisə yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verməyib. İstintaq bu qənaətə gəlib ki, yanğın hava elektrik xəttində normadan artıq gərginliyin yaranması nəticəsində baş verib. Nəticədə, ticarət obyekti yanıb və həmin xətdən qidalanan kənd sakinlərinə məxsus fərdi yaşayış evlərində şəbəkəyə qoşulu olan məişət avadanlıqları sıradan çıxıb. FHN istintaqı belə qərara gəlib ki, yanğın hadisəsi ilə bağlı Balakən rayon Elektrik Şəbəkəsinin həmin ərazi üzrə elektrik hava xətlərinə texniki baxış keçirməli olan vəzifəli şəxslərinin və əməkdaşlarının əməllərində cinayət tərkibi var.

Buna görə də Cinayət Məcəlləsinin 314-cü maddəsi (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılması üçün materiallar Baş Prokurorluğa göndərilib.
Balakən Rayon Prokurorluğunda aparılan araşdırma zamanı isə belə qərara gəlinib ki, yanğın ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verib. Prokurorluq yenidən Cinayət Məcəlləsinin 225.2-ci maddə ilə cinayət işinin davam etdirilməsi üçün materialları FHN Əməliyyat istintaq İdarəsinə göndərib. Həmin materialların içinə sübutlara transformatordan sonrakı hissədə olan elektrik xətlərinə görə sahibkar H.Dibirovanın məsuliyyət daşıdığını özündə ehtiva edən müqavilə də əlavə edilib.
FHN-də yoxlama zamanı bu müqavilə ilə tanış olduqdan sonra vətəndaş Həcər Dibirova yanğın təhlkəsizliyi qaydalarını pozması əsası ilə əlaqədar istintaqa cəlb edilib. Lakin bu zaman sahibkar belə bir müqaviləyə imza atmadığını bildirərək ekspertiza keçirilməsini istəyib. Əməliyyat İstintaq İdarəsi tərəfindən təyin edilən xətşünaslıq ekspertizası nəticəsində oradakı imzaların Həcər Dibirovaya aid olmadığı, sənədin saxta olduğu haqda rəy verilib.

Məlumat üçün bildirək ki, "Qafqazinfo" xəbər portalı sözügedən materiala heç bir şərh vermədən, yalnız vətəndaşın mövqeyini işıqlandırıb. Materialda səsləndirilən fikirlərə görə məsuliyyəti "Qafqazinfo" yox, şikayətçi tərəf daşıyır. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol