• $
  • €
  • ₽
  • ₺
  • £

Kürdəmirdə 3 il əvvəl törədilən qətlin üstü açılıb

Kürdəmirdə 3 il əvvəl törədilən qətlin üstü açılıb
17.12.2021 10:24
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Anews.az xəbərinə görə, məlumatda deyilir:

"Prokurorluq və polis orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - gizli və qeyri-aşkar şəraitdə törədilmiş və bağlı qalmış cinayətlərin açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmasıdır.

Həmin tədbirlər çərçivəsində 1997-ci il təvəllüdlü Əlyarov Tərxan Rüstəm oğlunun 22 sentyabr 2018-ci ildə qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işinin prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilib.

Belə ki, istintaqla müəyyən edilib ki, Rafael Cəfərov 22 sentyabr 2018-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində yaşayan qonşusu Tərxan Əlyarov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı əli ilə qəfildən onun alın-qaş nahiyyəsinə yumruqla güclü zərbə vurub, daha sonra özü ilə gətirdiyi deşici-kəsici xüsusiyyətə malik bıçağa bənzər alətlə Tərxan Əlyarovu qəsdən öldürmək məqsədilə onun sol yuxarı sinə nahiyyəsi istiqamətində ardıcıl zərbələr endirib, yetirdiyi xəsarətlərdən Tərxan Əliyarovun öldüyünə əmin olduqdan sonra törətdiyi cinayəti gizlətmək məqsədilə sonuncunun meyitini təxminən 10-15 metr çiynində daşıyaraq həmin vaxt dərinliyi 4 metr olan içərisi su ilə dolu kollektora atıb, əlindəki bıçağı və Tərxan Əlyarova məxsus iki ədəd mobil telefonu məhv etmək məqsədilə kanala atıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə həmin kollektora baxış keçirilərkən üzərində xətti sınıq olan bir ədəd kəllə və 7 ədəd qabırğa skelet sümükləri aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb, eyniləşdirilmə aparılması üçün müvafiq ekspertiza təyin edilib və aşkar edilən sümüklərin Tərxan Əlyarova məxsus olması müəyyən edilib.

Eyni zamanda, su kanalından aşkar edilərək götürülən bıçaq müvafiq ekspertizaya təqdim olunub və tədqiqatın nəticəsinə görə cinayətin məhz həmin alətlə törədilməsi müəyyən edilib.

Toplanan kifayət qədər sübutlar əsasında Rafael Cəfərova Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.10 (təkrarən qəsdən adam öldürmə) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq) maddələri ilə yenidən ittiham elan edilib.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol