• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsdə olan jurnalistin anası prezidentə müraciət etdi

Həbsdə olan jurnalistin anası prezidentə müraciət etdi
17.12.2021 17:18
Rüşvət almaqda ittiham edilərək həbs edilən jurnalist Mahir Ələkbərovun (Mahir Xəttab) anası Nazilə Ələkbərova Prezident İlham Əliyev və birinci xanım, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.
 
Nazilə Ələkbərova müraciətində bildirib ki, oğlu Ələkbərov Mahir Məmmədhəsən oğlu azadinfo.az saytının təsisçisidir və direktoru vəzifəsində çalışırdı.
 
"10 sentyabr 2021-ci il tarixində Ələkbərov Mahir Məmmədhəsən oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi üzrə cinayət işi açılıb və sonuncunun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə məhkəmə prosesi davam etdirilir. Mahir Ələkbərov 8 ilə yaxın müddətdir media fəaliyyəti ilə məşğuldur. Fəaliyyəti dövründə daima cənab Prezidentin ölkədə apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyib, Vətən müharibəsi dövründə jurnalist kimi media sahəsinə böyük töhfələr verib. Hər zaman ölkə rəhbərinin apardığı siyasi mövqeyi dəstəkləyib. Belə mövqeyi azadinfo.az saytında yerləşdirilən məqalə və informasiyalarda görə bilərsiniz. Mən Mahir Ələkbərov ilə birlikdə yaşayıram. Mərhum yoldaşım Ələkbərov Məmmədhəsən Səməd oğlu Əfqanıstanda xidmət edib, Əfqanistan müharibəsinin veteranı olub, həmçinin 1993-cü ildə Qarabağ döyüşlərində də könüllü olaraq iştirak edib.

Özüm isə ürək və şəkər xəstəliyindən əziyyət çəkirəm. Oğlumun həbsdə qalması tək mənim həyat və sağlamlığımın deyil, oğlumun yüksək təzyiqli olması səbəbindən həyatının təhlükə altında qalması ilə nəticələnəcəkdir. Mənim bütün maddi və mənəvi ehtiyaclarım oğlum tərəfindən qarşılanırdı. Yuxarıda göstərilənləri nəzərə alaraq, oğlum Ələkbərov Mahir Məmmədhəsən oğlunun həbsdən azad olunmasına köməklik göstərilməsini xahiş edirəm. Ramiz Göyüşov ona şər atıb: "Oğlum Ramiz Göyüşova hədə-qorxu gəlməyib. Bununla bağlı işdə heç bir fakt yoxdur. Belə olan halda oğlumun əməlində də cinayət tərkibi yoxdur. Bütün bunların nəzərə alınması xahiş edirəm”, - deyə müraciətdə bildirilib. 

Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 000 (iki min) manat almaqda təqsirləndirilir.

Mahir Ələkbərov Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilir.

Mahir Ələkbərovun işinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılır. (demokrat.az)


 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol