"Azərişığ"ın sədri federasiya prezidenti seçiləcək

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) yeni prezidenti müəyyənləşib.
"Report"un əldə etdiyi məlumata görə, bu, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovdur.
Vüqar Əhmədov yeni vəzifədə iş adamı Elçin Zeynalovu əvəzləyəcək.
Dəyişiklik bu gün Gənclər və İdman Nazirliyində AMAF-ın hesabat-seçki konfransında gerçəkləşəcək.
www.anews.az
Son xəbərlər 
Daha çox 























