• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah qar yağacaq, şaxta olacaq - PROQNOZ

Sabah qar yağacaq, şaxta olacaq - PROQNOZ
22.12.2021 13:50
Dekabrın 23-24-də Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, nisbətən yüksək ərazilərdə qara keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3°-dək isti, gündüz 3-5° isti, Bakıda gecə 3°-dək isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-3° şaxta olacaq.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol