• $
  • €
  • ₽
  • ₺
  • £

İran-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi açıldı

İran-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi açıldı
22.12.2021 20:17
İran-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizinin açılış mərasimi olub.

"Qafqazinfo” İran mətbuatına istinadən xəbər verir ki, mərasimdə İran Avtomobil Yolları Nəqliyyatı və İstismar Agentliyinin Gömrük və Tranzit İdarəsinin baş direktoru Cavad Hidayəti, Azərbaycanın Təbrizdəki baş konsulu Bünyad Hüseynov, Gürcüstanın Tehrandakı səfirliyinin mədəniyyət attaşesi Georg və Şərqi Azərbaycan valisi Abedin Hürrem iştirak edib.

Hidayəti bildirib ki, bu gün yeni marşrut üzrə ilk sınaq ekspedisiyası həyata keçirilib.

O qeyd edib ki, yeni nəqliyyat dəhlizi Cənub-Şərqi Asiya və Avropa bazarlarına çıxış yolları yaratmaq üçün tikilib. Baş direktor dəniz nəqliyyatında xərclərin üç dəfə artdığı üçün yeni fürsətin qiymətləndirilməsinin lazım olduğunu vurğulayıb.
Bünyad Hüseynov çıxış edərək deyib ki, İran-Azərbaycan-Gürcüstan dəhlizinin açılması üç qonşu ölkə, xüsusən də İranın sərhəd əyalətləri arasında iqtisadi və ticarət əlaqələrinin artmasına səbəb olacaq.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Tvitter səhifəsində açıqlama verib. Bildirib ki, bu həftə yeni dəhlizin (İran, Azərbaycan, Gürcüstan, Qara dəniz və Avropa) fəaliyyətə başlayacağının şahidi olacağıq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol