• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən müharibəsi qaziləri "Baykar" şirkətində olublar- FOTOLAR

Vətən müharibəsi qaziləri "Baykar" şirkətində olublar- FOTOLAR
24.12.2021 12:11
"YAŞAT" Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən Vətən müharibəsi qaziləri "Baykar Savunma” şirkətinə məxsus olan istehsal fabrikində olublar. Qazilər şirkətin istehsal sahəsində "TB2", "TB3", "Akıncı" kimi PUA-ları ilə tanış olublar.

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində təşkil edilib.  

"Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar qonaqlara şirkətin yaradılması tarixi, fəaliyyət istiqamətləri və gələcək prioritetlərə dair təqdimat edib, müxtəlif istiqamətlərdə müzakirələr aparılıb.

Qazilərilərə, həmçinin şirkət tərəfindən hazırlanan Vətən müharibəsində qazanılan parlaq qələbəyə həsr olunan marka və "Akıncı"  PUA-nın maketi təqdim olunub.

Qazilər də öz növbəsində Vətən müharibəsi zamanı əldə olunmuş qələbədə "Baykar Savunma” şirkətinə məxsus PUA-larının müstəsna əhəmiyyətini diqqətə çatdırıb və öz təşəkkürlərini bildiriblər.
 
Sonda xatirə şəkli çəkdirilib.
 
  "YAŞAT” Fondu tərəfindən ümumilikdə 156 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 111 ölkəyə geri qayıtmışdır. Hazırda 45 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir.
 





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol