• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət xidməti yeni portal yaradıb

Dövlət xidməti yeni portal yaradıb
24.12.2021 13:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli Qərarı ilə "Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydası” təsdiq edilib. Qərarın tətbiqi kotirovka sorğusu prosedurunun tamamilə elektronlaşdırılması, sahibkarların dövlət satınalmalarında iştirakının əlçatanlığının və şəffaflığın təmin edilməsinə, aşkarlıq əsasında bütün sahibkarlara bərabər rəqabət mühitinin yaradılmasına xidmət edəcəkdir.
 
Qərara əsasən, kotirovka sorğusu metodu ilə təşkil edilən bütün satınalmalar dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) vasitəsilə həyata keçiriləcək.
 
Daha bir mühüm məqam isə açıq tenderin keçirilməsi üçün iştirak haqqının aşağı salınmasıdır. Belə ki, ehtimal olunan qiymətdən asılı olaraq, iştirak haqqı 100-1500 manat arasında olacaq.
 
İştirak haqqının sabit məbləğdə olması və aşağı salınması açıq tenderlərdə, xüsusilə iri həcmli satınalmalarda mikro, kiçik və orta sahibkarların fəal iştirakını stimullaşdıracaq. Bununla da, dövlət vəsaitinin qənaətlə və səmərəli istifadə edilməsinə və rəqabətdən irəli gələrək daha keyfiyyətli malların (iş və xidmətlərin) əldə olunmasına zəmin yaranacaqdır. 
 
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarları dövlət satınalmalarında fəal iştiraka və hüquq pozuntuları ilə rastlaşdıqda Dövlət Xidmətinə müraciət etməyə çağırır. Bununla yanaşı, dövlət müəssisə və təşkilatlarını satınalmaların təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinə tam riayət etməyə, satınalmalar barədə dərc olunan elanlarda alınacaq mallar (işlər və xidmətlər) barədə məlumatları ətraflı yerləşdirilməyə, elektron satınalmaların iştirakçılarını əlaqələri yalnız etender.gov.az portalı vasitəsilə qurmağa dəvət edir.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol