• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan vətəndaşlarının neçə faizi Prezidentə etibar edir - SORĞU

Azərbaycan vətəndaşlarının neçə faizi Prezidentə etibar edir - SORĞU
24.12.2021 15:19
Sosial Tədqiqatlar Mərkəzi(STM) yarandığı vaxtdan etibarən və dünya təcrübəsinə uyğun olaraq, dövlət başçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin
daxili və xarici siyasətin müxtəlif sahələrindəki fəaliyyəti ilə bağlı ictimai rəy sorğuları keçirir. Sorğu əsaslı analitik hesabatlarda ictimai rəyin dəyərləndirmələri - "İnam indeksi” adi ilə silsilə təqdim edilir. 
 
Təqdim edilən "İNAM İNDEKSİ-06”-sosioloji tədqiqatda Prezidentin cari 2021-ci ilin ikinci yarısı üzrə siyasi, hərbi və diplomatik, sosial və mədəni sahələrdə, informasiya cəbhəsində çoxşaxəli və olduqca zəngin fəaliyyəti vətəndaşlarımızın rəyində əks etdirilib. Rəy sorğusu dövlətçilik tariximizdə ilk dəfə qədəm qoyduğumuz Zəfərin bir illiyi kimi misilsiz salnamənin yazıldığı ili,azad Qarabağda möhtşəm bərpa və quruculuq mərhələsini əhatə edir.Sözü gedən dövrdə Azərbaycan xalqı öz siyasi liderinin milli maraqlara və qətiyyətli siyasi iradəsinə əsaslanan qərarları sayəsində Qarabağda döyüş meydanında əldə edilən şanlı Zəfərin-siyasi, diplomatik, hüquqi, hərbi strateji və informasiya müstəvilərində ardıcıl və davamlı möhkəmləndirilməsi, Qələbəmizin beynəlxalq və qlobal miqyasda özünütəsdiqi və etirafının şahidi olub. Azərbaycanın əldə etdiyi yeni hərbi-geosiyasi üstünlük və statusu, analitiklərin "Azərbaycanın müharibə modeli”, "Qələbə formulu” kimi adlandırdığı yeni hadisə geniş tədqiqat və müzakirələrin mövzusuna çevrilib. Müvafiq olaraq, Prezidentin Azərbaycana bütün sahələrdə Zəfərlər qazandıran fəaliyyəti-ictimai rəydə inam və etimadı, cəmiyyətimizdəki gözləntiləri doğruldaraq ən yüksək səviyyədə qalmaqda davam edib. Özünün Ümummilli Lider şəxsiyyəti Heydər Əliyevlə fəxr edən xalqımız, XXI əsrdə heç bir ölkəyə nəsib olmayan  Hərbi Lider, Qarabağı azad edən Sərkərdə fenomeni, Zəfər Marşalı kimi şəxsiyyətinin olması ilə qürur duyur. 
 
Bu baxımdan təqdim edilən növbəti İnam indeksinin adını simvolik olaraq, "Zəfərlərə davam və inam” kimi də ifadə etmək olar.
 
Qalibiyyət siyasətinin davamı olaraq, nəinki ölkəmizdə milli-lokal, eləcə də, regional və qlobal proseslərin gedişatının kökündən və xeyrimizə dəyişməsiprezident İlham Əliyevin strateji təfəkkürə əsaslanan fəaliyyətinin: Birinci vitseprezidenti Mehriban Əliyevanın sərrast ifadəsi ilə "onu güc mənbəyi olan Azərbaycan xalqının sevgisi, etimadı, inamı və dəstəyi fədakarlıqla doğrultması
sayəsində gerçəkləşir”.
 
 
Ötən bir neçə il ərzində dövlət başçısının siyasi iradəsi ilə aparılan genişmiqyaslı struktur və kadr islahatları yeni hakimiyyət quruculuğu kimi 
xarakterizə olunarkən, müharibədən sonrakı mövcud tarixi keçid qalib dövlət və cəmiyyət həyatında yeni dövrün başlanğıcı kimi səciyyəvidir. Bu baxımdan yeni dövrün siyasi təqvimində tarixi əhəmiyyətə və xüsusi çəkiyə malik olan müxtəlif aktual hadisələri ictimai rəy sorğusunda əhatə olunub. Sorğu Naxçıvan MR və azad olunan ərazilər istisna olmaqla bütün regionları əhatə edib. 1162 respondentin rəyi öyrənilib.
 
Sorğuda iştirak edən vətəndaşların 91,2 %-i Prezidentə tam etibar etdiyini söyləyib, 6,9 % isə əsasən etibar etdiyi cavabını verib.
 
Respondentlərin əhəmiyyətli hissəsi Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldıracağını (60,4%), Türkiyə ilə birbaşa hərbi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyacağını (61,6%), Azərbaycan və Türkiyənin Türk dünyasının milli maraqları və türk həmrəyliyi üçün örnək rolunu oynayacağını (50,6%) düşünür.
 
Zəngəzur nəqliyyat dəhlizinin fəaliyyətə başlaması ilə Azərbaycanın öz eksklavı olan Naxçıvanla və qardaş ölkə Türkiyə ilə əlaqələrinin güclənəcəyinə (74%), Türk dünyasında birliyin güclənməsinə xidmət edəcəyinə (54,7%), Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını (53,5%), Türkiyə və Azərbaycanın Türk dünyasına birbaşa çıxışını təmin edəcəyinə (34,8%) əminlik ifadə olunub.
 
Respondentlər Füzulidə ilk dəfə beynəlxalq hava limanının açılmasını, Zəngilan və Laçında hava limanlarının inşasının planlaşdırılmasını Azərbaycanın turizm sektorunun inkişafına müsbət təsir (75,9%), regionun iqtisadi inkişafına töhfə (57,3%), Qarabağa səfərlərin vaxt baxımından qısalması (52,7%), məşğulluğa əlavə dəstək kimi (25,5%) şərh edib.
 
Sorğu nəticələrinə görə, Prezident Qələbənin memarı kimi qlobal platformalarda intensiv çıxışları ilə Zəfər tariximizi uğurla beynəlxalq aləmə tanıdır (93,6%), Zəfərin tarixiləşdirilməsində vətəndaş iştirakçılığını və ümummilli həmrəyliyi stimullaşdırır (85,7%), Azərbaycanın informasiya siyasətində üstünlüyünü təmin edir və bu yöndə fəaliyyətə dair yeni imkanlar açır (85,7%), milli maraqlarımıza zidd cəhdlərə və xarici təsirlərə qarşı müqaviməti gücləndirir (81,9%), qalibiyyəti milli birliyin və uğurlu siyasətin təminatında əsas resursa çevirməyin vacibliyini şərtləndirir (79,8%).
 
Rəy sorğusu təqvim etibarilə mühüm tarixi məqama, postmüharibə dövrünə, Qarabağın bərpa və quruculuq mərhələsinə təsadüf edir.
 
"Ötən bir neçə il ərzində dövlət başçısının siyasi iradəsi ilə aparılan genişmiqyaslı struktur və kadr islahatları yeni hakimiyyət quruculuğu kimi xarakterizə olunarkən, İkinci Qarabağ müharibəsindən sonrakı mövcud tarixi keçid qalib dövlət və cəmiyyət həyatında yeni dövrün başlanğıcı kimi səciyyəvidir. Bu baxımdan yeni dövrün siyasi təqvimində tarixi əhəmiyyətə və xüsusi çəkiyə malik olan müxtəlif aktual hadisələr ictimai rəy sorğusunda əhatə olunub. Sorğu Naxçıvan Muxtar Respublikası və azad olunan ərazilər istisna olmaqla bütün regionları əhatə edib. 1162 respondentin rəyi öyrənilib", - mərkəzdən bildirilib.
Keçirilən əvvəlki sorğuların və cari sorğunun nəticələrinin təhlili Prezident İlham Əliyev amilinin Azərbaycan cəmiyyətində, ictimai təfəkkürdə ümummilli maraqlar baxımından birləşdirici, uzlaşdırıcı əsas güc mərkəzi olduğunu göstərir.
 
Postmüharibə dövrünün ilk ili kimi xarakterizə edilən 2021-ci il dövlət başçısının fəaliyyətində, həmişə olduğu kimi, öz dinamikliyi və aktivliyi ilə xarakterikdir.

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol