Kürdəmir sakinindən “Kalaşnikov” götürülüb

Kürdəmir sakinindən kənd ərazisində gizlətdiyi atəşə yararlı vəziyyətdə olan AK-74 markalı "Kalaşnikov” aşkar edilərək götürülüb, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
www.anews.az
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən rayonun Xırdapay kənd sakini Dəyanət Əliyev həmin kənd ərazisində saxlanılıb.
Onun rayonun Sor-sor kəndində odlu silah gizlətdiyi müəyyən edilib.
Fakt araşdırılır.
www.anews.az
























