• $
  • €
  • ₽
  • ₺
  • £

15 yaşlı qızın yaşadığı dəhşəti məktəb psixoloqu üzə çıxardı

15 yaşlı qızın yaşadığı dəhşəti məktəb psixoloqu üzə çıxardı
27.12.2021 11:36
Azərbaycanda 15 yaşlı qız 4 il boyunca atası və qardaşı tərəfindən cinsi istismara məruz qalıb.


"Qafqazinfo" xəbər verir ki, istintaqın qənaətinə görə, 2006-cı il təvəllüdlü G. Fuadzadənin (şərti) anası 2015-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Anası rəhmətə gedəndən sonra uşaq atası və qardaşı ilə birlikdə yaşayıb.


Cinayətin üstü yalnız məktəbli qızın hadisəni öz sinif yoldaşı olan qonşusuna danışmasından sonra açılıb. Belə ki, qonşu qız bu barədə anasına məlumat verib. Qadın isə olanları qızın təhsil aldığı məktəbin psixoloquna danışmağı tövsiyə edib. "Məktəblinin dostu” layihəsi çərçivəsində şagirdlərlə söhbət aparmaq üçün məktəbə gələn psixoloq olanları öyrənib və bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.


Bakı Ağır Cinayətlər Məhkəməsində qızın qardaşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinərək 13 il azadlıqdan məhrum edilib.


Məhkəmədə dindirilən qardaş isə ittihamları qəbul etməyib: "Ona qarşı heç vaxt əxlaqsız hərəkət etməmişəm. Bir dəfə qolunu şüşə ilə kəsmişdi. Bunun səbəbini soruşanda anama görə darıxdığı üçün etdiyini demişdi”.


G.Fuadzadə isə ifadəsində göstərib ki, atasına etiraz etsə də, gücü çatmayıb.


Məhkəmədə dindirilən qonşu qadın bildirib ki, uşaq hərdənbir onlara qonaq gəlib: "Bir dəfə mənə rəfiqəsinin telefonu ilə zəng edib "xala, məktəbə psixoloq gələcək, məni uşaq evinə verəcəklər” dedi. Ona dedim ki, hər şeyi məktəbin psixoloquna danışsın. Hadisəni ərimə danışdım. Ərim onlara gedib hadisəni uşağın öz dilindən öyrənib”.


Ekspertiza da 15 yaşlı qızın dediklərini təsdiq edib. 


Qardaş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Məhkəmə şikayəti əsassız hesab edərək cəza müddətini dəyişdirmədən saxlayıb.


Bundan əlavə, atanın törətdiyi əməllə bağlı da ayrıca cinayət işi başanılıb və məhkəmənin hökmü ilə o da azadlıqdan məhrum edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol