• $
  • €
  • ₽
  • ₺
  • £

2005-ci ildə baş leytenant idi, dünən general-leytenant oldu

2005-ci ildə baş leytenant idi, dünən general-leytenant oldu
28.12.2021 09:36
Ötən gün Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, üç hərbçiyə general-leytenant, bir polkovnikə isə general-mayor ali hərbi rütbəsi verilib.
 
Rütbəsi artırılaraq general-leytenant olan hər üç yüksək rütbəli zabit SHÇDX-in rəisi, general-polkovnik Arzu Rəhimovun müavinləridir.
 
Bunlar general-leytenant Şahverdiyev Mayıl Seminar oğlu, general-leytenant Abdullayev Zaur Qasım oğlu və general-leytenant Mirzəyev Yusif Həsən oğludur.
Məlumat üçün bildirək ki, Mayıl Şahverdiyev Arzu Rəhimovun müavini təyin olunmazdan öncə SHÇDX-in Göygöl şöbəsinin rəisi olub. O, xidmət rəisinin müavini vəzifəsinə 2017-ci ilin oktyabrında gətirilib. 2018-ci ildə isə Prezidentin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi alıb.
 
Fotoda general-leytenant Mayıl Şahverdiyev



 1977-ci il təvəllüdlü Mayıl Şahverdiyev bir neçə il öncə mətbuatın gündəminə evində oğurluq hadisəsi olması ilə bağlı gəlmişdi. 2016-cı ildə onun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 12 A-da yerləşən 26 nömrəli mənzilinə daxil olan oğrular, evdən 20 000 ABŞ dolları, 20 000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngi aparmışdılar.
 
Rütbəsi artırılan Yusif Mirzəyev isə mərhum dilçi alim, sabiq deputat Həsən Mirzəyevin oğludur. O, 2018-ci ilin fevralında Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib. Bir il sonra isə general-mayor ali hərbi rütbəsini alıb. 
 
Fotoda general-leytenant Yusif Mirzəyev


 

General-leytenant rütbəsinə ən tez yüksələn Zaur Abdullayevdir. O, 16 il öncə, yəni 2005-ci ildə Dövlət Sərhəd Xidmətinin baş leytenantı olub. Həmin ildə də "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 2012-ci ildə isə polkovnik rütbəsinə yüksəlib və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin edilib. İki il sonra Arzu Rəhimovun birinci müavini olub. Bundan bir il sonra general-mayor rütbəsini alıb.
 
Fotoda general-leytenant Zaur Abdullayev

 
General-mayor rütbəsinə yüksələn Çingiz Kiçibəyov isə xidmətin Suraxanı rayon şöbəsinin rəsidir. O, daha əvvəl Quba və Sabunçu rayonlarında da eyni vəzifədə çalışıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol