• $
  • €
  • ₽
  • ₺
  • £

Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir

Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir
29.12.2021 09:37
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Füzuli-Hadrut avtomobil yolu Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın cari il martın 16-da işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı təməli qoyulub.

Avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli bu yol başlanğıcını "Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.

Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edəcək.

Avtomobil yolunda hazırda torpaq işləri icra olunur. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Artıq ilk 8 kilometr hissədə torpaq işləri və yol yatağının tikintisi 50 faiz icra olunub.

12 km uzunluğa malik Füzuli-Hadrut avtomobil yolunda torpaq yatağının inşası ilə yanaşı yol boyu atmosfer suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametlərə malik suötürücü boruların, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də layihə üzrə aparılır. Bundan başqa yolun 6.7 kilometrində, "Qarğabazarı” adlanan ərazidən keçən hissəsində iki aşırımlı avtomobil körpüsünün inşası nəzərdə tutulub.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yerli şirkət "Azvirt” MMC birgə icra edir.

Tikinti işləri "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol