Qusarda qəza - Ana və oğlu yaralandı

Qusarda ana və oğlu yol qəzasında ağır xəsarət alıb.
Hadisə rayonun Çiləgir kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 57 yaşlı Əmirova Züleyxa Əkbər qızı və oğlu Əmirov Ramiz Yüsif oğlu ağır xəsarətlər alıblar. Yaralılar əvvəlcə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin vəziyyətləri ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər.
Müayinə zamanı Züleyxa Əmirovaya qapalı kəllə-beyin travması, sağ bazu sümüyünün və sağ ayağının sınığı, R.Əmirova isə qapalı kəllə-beyin travması, sağ qamış sümüyünün və qabırğaların sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur