Cari ildə əlilliyin dayandırılması həyata keçirilməyib - AÇIQLAMA

2021-ci ildə 190 mindən artıq şəxsin əlillik müddəti bitib. İl ərzində əlilliyin dayandırılması həyata keçirilməyib, onlar təkrar müayinəyə cəlb edilərək yenidən təqaüd ala bilər, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov "2021-ci ilin yekunlarına dair" mətbuat konfransında bildirib
www.anews.az
























