• $
  • €
  • ₽
  • ₺
  • £

“Yeni Klinika”nın direktoru hökmdən narazıdır

“Yeni Klinika”nın direktoru hökmdən narazıdır
29.12.2021 14:21
"Yeni Klinika”nın həbs edilən direktoru Pərviz Abbasov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinə təqdim olunan ərizəsində P.Abbasov ona bəraət verilməsini xahiş edib.

Rüşvət ittihamı ilə həbs edilən "Yeni Klinika”nın direktoru Pərviz Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il 6 ay azadlıqdan məhrum edilib.

Onunla birlikdə həbs edilən daha 3 nəfər COVID-19 xəstəliyindən əziyyət çəkən şəxslərin "Yeni Klinika”ya yerləşdirilməsi müqabilində onların yaxınlarından pul almaqda ittiham olunublar. Onlar bu ilin aprelində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb və Cinayət Məcəlləsinin 311.3.2 (Rüşvət alma) maddəsi ilə mühakimə ediliblər.

40 yaşlı Pərviz Abbasov ixtisasca cərrahdır. Elmlər doktoru olan P.Abbasov Avropa və ABŞ həkimlər konqresinin üzvüdür. O, ötən ilin martında açılışı olan "Yeni Klinika”nın direktoru təyin edilmişdi.(qafqazinfo)


 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol