• $
  • €
  • ₽
  • ₺
  • £

15 yaşı tamam olmayanlara da şəxsiyyət vəsiqəsi veriləcək

15 yaşı tamam olmayanlara da şəxsiyyət vəsiqəsi veriləcək
29.12.2021 20:14
Prezident İlham Əliyev "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” sənədləri imzalayıb.

Anews.az  xəbər verir ki, qanunlara əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına da fərdi identifikasiya kartı deyil, şəxsiyyət vəsiqəsi veriləcək.

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir.

5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı olanadək etibarlı olacaq.
Qeyd edək ki, hazırda "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda əksini tapan və gələn il yanvarın 1-nə qədər qüvvədə olan keçid müddəalarına əsasən 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilir.
Xatırladaq ki, "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minməli idi. Bu sənədə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı Azərbaycan ərazisində onun şəxsiyyətini təsdiq edən sənəd olmalı idi. Ancaq bu qanun ləğv edilir.

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliyə əsasən isə 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol