• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngilanda işləyən fəhlələrin maaşları verilmir? - AÇIQLAMA

Zəngilanda işləyən fəhlələrin maaşları verilmir? - AÇIQLAMA
31.12.2021 13:46
Zəngilanın Ağalı kəndində inşa olunan "Ağıllı kənd”in tikintisində çalışan fəhlələrin maaşlarının ödənilməməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. 
 
Tikintini aparan podraçı şirkətdən məsələ ilə bağlı açıqlama verilib.
 
Şirkətin açıqlamasında qeyd olunub ki, yayılan xəbərlərin heç bir əsası yoxdur:
 
"Anlaşılmazlıq işçilərə maaşların köçürülmə üsulu ilə bağlı yaranıb. Şirkətlə tikinti prosesinə cəlb olunmuş işçilər arasında maaş və digər ödəmələrin kart hesablarına köçürüləcəyi barədə razılaşma olsa da, sonradan fəhlələr vəsaitin nağd ödənilməsini istəyiblər. 
 
Şirkət işçilərə ödəmələrin maliyyə intizamı prosedurlarına uyğun həyata keçirilməli olduğunu desə də, son nəticədə tikinti aparılan ərazinin daimi yaşayış məntəqələrindən uzaq olması, indiki məqamda tikinti aparılan ərazidə bankomatların mövcud olmaması kimi obyektiv amillər nəzərə alınıb və maaşların nağd şəkildə ödənilməsinə qərar verilib”. 
 
Razılaşmadan sonra işçilərin bütün ödəmələri nağd şəkildə həyata keçirilib və 30 dekabr tarixinə  "Ağıllı kənd”in inşasına cəlb olunmuş işçilər qarşısında heç bir ödəmə öhdəliyi yoxdur:
 
"Sosial şəbəkələrdə bununla bağlı yayılan məlumatlarların reallıqla əlaqəsi yoxdur və əsassızdır. Hazırda bayramla əlaqədar işçilər evlərinə göndərilib və tətil başa çatdıqdan sonra iş yerlərinə qayıdaraq öz vəzifə səlahiyyətlərinin icrasına davam edəcəklər”.(Qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol