“Ağdamda 30 minlik yeni stadion tikiləcək” - Emin Hüseynov

Ağdamda tamaşaçı tutumu 30 min nəfərdən çox olan yeni stadion tikiləcək. Yeni stadion əvvəlki yerində - Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində inşa ediləcək, bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "AzərTAc”a açıqlamasında deyib. O bildirib ki, hazırda burada layihələndirmə işləri gedir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























