• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş polis əməkdaşına hökm oxunub

Keçmiş polis əməkdaşına hökm oxunub
07.01.2022 11:46
Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İbad Quliyevə hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
 
Hadisə 2021-ci ilin fevralında paytaxt ərazisində qeydə alınıb.
 
Belə ki, narkotik vasitənin istifadəçisi olan İ.Quliyev müalicə aldığı Respublika Narkoloji Mərkəzində Ehtiram Hüseynov və Ağa adlı şəxslə tanış olub.
Bir müddət sonra Ağa ilə Ehtiram arasında mübahisə yaranıb. Mübahisəyə səbəb Ağanın mobil telefonu və elektroşok cihazının itməsi olub. Ağa buna görə E.Hüseynovdan şübhə etməyə başlayıb.
 
Sonuncu dəfə onlar Respublika Narkoloji Mərkəzində metadon suyu qəbul etməyə gələndə Ağa ilə Ehtiram yenidən mübahisə edib. Ağa telefonunu və elektroşokunu tələb edib. Ehtiram isə onda olmadığını deyib və Ağanı təhqir edib.
 
İ.Quliyev ifadəsində deyib ki, mübahisəyə müdaxilə edərək onları sakitləşdirmək istəyib. Bu zaman Ehtiram onu söyüb. Daha sonra o, E.Hüseynovun boğazına yumruqla bir zərbə vurub. Həmin vaxt Ehtiramın qıcolması tutub, yerə yıxılıb və başı asfalta dəyib. Üzünə su vurduqdan sonra Ehtiram ayılıb, amma halsız vəziyyətdə olub. Sonra üçü birlikdə şəhəri gəzməyə gediblər. Növbəti gün onlar Ehtiramı başqa tanışları ilə evə yola salıblar. Həmin gün də Ehtiram ölüb.
 
İstintaq orqanı tərəfindən İ.Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqa) maddəsi ilə ittiham irəli sürülüb.
 
İ.Quliyev 2008-ci ildən 2015-ci ilə qədər Yasamal Rayon Mühafizə Polisində polis nəfəri vəzifəsində işləyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol