Azərbaycan üzrə koronavirusa ən az yoluxma faktı Naxçıvanda qeydə alınıb, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, ötən il Naxçıvan Muxtar Respublikasında 200 min nəfərdən çox vətəndaş vaksinasiya prosesinə cəlb olunub. Həmçinin risk qrupuna daxil olan səhiyyə işçilərinə qrip virusuna qarşı peyvəndlərin tətbiqinə başlanılıb. 2022-ci ilin yanvar ayından tətbiq olunan qrip əleyhinə peyvənd bu gün 100-dən artıq tibb işçisinə vurulub.COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.
www.anews.az