• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqların internetdə nə ilə maraqlandıqları açıqlanıb

Uşaqların internetdə nə ilə maraqlandıqları açıqlanıb
14.01.2022 15:49
"Kaspersky" şirkəti 2021-ci ilin payızında dünyada uşaqların internetdə hansı məzmunla maraqlandıqlarını təhlil edib.
 
Şirkətdən verilən məlumata görə, sentyabrdan noyabradək uşaqlar vaxtlarının çoxunu "YouTube"da keçiriblər (10 ən məşhur tətbiqdə keçirilən ümumi vaxtın 31%-i). İkinci yerdə 19% payla "WhatsApp", üçdə isə 18,8% göstərici ilə "TikTok" yer alıb.



Uşaqların "YouTube"da ən çox axtardığı məzmun oyunlarla bağlı olub. Bu cür sorğuların payı 28% təşkil edib. Onlar daha çox oyun bloqerlərinin kanallarını tapmağa çalışıb, ən populyar oyun isə "Minecraft" olub.
 
"YouTube"da ilk üçlükdə "MrBeast", "EdisonPts" və "Paluten" səhifələri yer alıb, ən çox tələb olunan oyunların ilk onluğuna isə "Genshin Impact" və "Poppy Playtime" daxil olub.
 
Uşaqların "YouTube" sorğuları arasında say baxımından ikinci yeri musiqi ilə bağlı kanallar tutub və onların payı 19% təşkil edib. Ən çox BTS, BlackPink, Lil Nas X, Ariana Grande və Twice, rus dilində isə Morqenştern və İnstasamkinin mahnıları axtarılıb. Ən populyar mahnılar sırasında CKay-in "Love Nwantiti" və Cənubi Koreyanın "BlackPink" musiqi qrupunun LALISA və MONEY adlı iki iştirakçısından biri olan LISA-nın iki yeni mahnısı yer alıb.
 
Filmlər, cizgi filmləri və teleşouların payına sorğuların 12%-i düşüb. Daha tez-tez axtarılan cizgi filmləri "Donuz Peppa", "Luntik" (Лунтик), "Barboskinlər" və "Xanım Böcək və Super Pişik" olub, filmlərdə isə "Venom 2" və "Hörümçək adam: evə yol yoxdur" filmləri digərlərini üstələyib.
 
"İnternet və cihazlar dünya üzrə uşaqların həyatında getdikcə daha mühüm rol oynayır və Azərbaycan da bu baxımdan istisna deyil. Valideynlər bu mövzunu görməzdən gəlməli deyillər, uşağın məşğuliyyətləri ilə aktiv şəkildə maraqlanmalı, onlara rəqəmsal mühitdə davranış qaydaları barədə danışmalıdırlar. Bunun üçün onlayn vaxtı birgə keçirmək lazımdır: məsələn, hətta əgər uşaq ancaq kompüter oyunları ilə maraqlanırsa, bu haqda çox bilmək, bloqerlərin bu haqda nə danışdığını müzakirə etmək və ya "Minecraft"da nəyisə birgə hazırlamağı yoxlamaq lazımdır", - deyə "Kaspersky"nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.
 
Uşaqların onlayn həyatını təhlükəsizləşdirmək üçün "Kaspersky" valideynlərə uşaqların internetdə davranışı üçün dəqiq qaydalar müəyyən etməyi və onların nəyə lazım olduğunu başa salmağı (bu cür qaydaları uşağın yaşına uyğun olaraq nəzərdən keçirmək lazımdır), birgə yeni şeylər öyrənməyi, uşaqların şəbəkədəki davranışını müşahidə etmək və onların təhlükəsizliyini necə təmin etmək barədə düşünməyi, lazım gəldikdə valideyn nəzarəti üçün tətbiqlərdən istifadə etməyi, amma onları yükləməzdən öncə uşağa onun necə işlədiyini və onu qorumağa necə kömək etdiyini izah etməyi tövsiyə edir.(APA)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol