• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsi valideynlərə çağırış edib

Dövlət Komitəsi valideynlərə çağırış edib
14.01.2022 16:50
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.
 
Dölət Komitəsindən bildirilib ki, uşaqlarla bağlı məsələlərin həssaslığını nəzərə alaraq, ölkədə uşaq hüquqlarının təmin edilməsinə nəzarət dövlət tərəfindən həyata keçirilir.
 
Buna görə də uşaqlarla bağlı istənilən sahədə çalışan hər bir şəxs bu məsuliyyəti anlamalı, öz üzərinə düşən vətəndaşlıq vəzifələrini peşəkarlıqla və layiqincə yerinə yetirməlidir:
 
"Son günlər uşaq bağçasında baş verən və uşaq hüquqlarının pozulması ilə nəticələnən hadisə və buna bənzər hallar bir daha onu göstərir ki, uşaqlarla işləyən mütəxəssisləri işə qəbul edən zaman onların pedoqoji biliklərinin yoxlanılması ilə yanaşı, psixoloji sağlamlığı, mənəvi dəyərləri, peşəkarlıq səviyyəsi ilə bağlı qiymətləndirilməsinə xüsusi diqqət edilməlidir.
 
Hələ də uşaq hüquqlarının pozulması halları ilə rastlaşırıq. Dövlət Komitəsi olaraq uşaqların müdafiəsi baxımından vətəndaşlıq mövqeyini ortaya qoyan, belə hallara həssas yanaşaraq mövzunun cəmiyyətdə, o cümlədən sosial media platformlarında aktual problem kimi müzakirəsinə yardım edən media nümayəndələri, eləcə də sosial media istifadəçilərinə təşəkkür edir, eyni zamanda uşaqlarla bağlı məlumatların yayımlanması zamanı onların hüquqlarının pozulmamasına, şəxsi məlumatlarının və fotolarının əks olunmamasına xüsusi diqqətlə yanaşmalarının vacib olduğunu bildiririk.
 
Bir daha valideynlərə, ailələrə və cəmiyyətimizin hər bir üzvünə müraciət edərək, uşaqlara qarşı daha diqqətli olmağa, onlara qayğı göstərərək, ehtiyacları və istəklərinə həssas yanaşmağa çağırır, mənfi hallarla rastlaşdıqda müvafiq dövlət qurumlarına müraciət etmələrini xahiş edirik".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol