Quba sakinini Xaçmazda maşın vurub

Xaçmazda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Rəşid Behbudov prospektində qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alan A.Ocaqov təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada kəllə-beyin travması, baş-beyin silkələnməsi, ənsə nahiyyəsinin yaralanması və sağ baldırın əzilməsi diaqnozları qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
www.anews.az
























