• $
  • €
  • ₽
  • ₺
  • £

"Omicron"a yoluxanlar ev şəraitində müalicə alır - Baş infeksionist

"Omicron"a yoluxanlar ev şəraitində müalicə alır - Baş infeksionist
18.01.2022 13:07
"Omicron" ştamının digər ştamlardan fərqi odur ki, "S” zulalda 28-dən çox mutasiya var, bu da hüceyrəyə daxil olmasını asanlaşdırır”, bunu "Med News”a baş infeksionist Təyyar Eyvazov deyib.
 
"Omicron” ştamı əvvəlkilərdən daha tez yayılır. Eyni zamanda inkubasiya dövrü üç günə bərabərdir. Bir mühitdə yaşayan insanlar tez bir zamanda yoluxa bilər. Təbii ki, populyasiyada yoluxma sayı çoxaldıqca kütləvi immunitet yaranır. Kütləvi immunitetin yaranması üçün 70 faiz insan yoluxub sağalmalıdır. İndi belə fikirlər var ki, çoxsaylı yoluxmalar özünü canlı vaksin kimi aparacaq. Beləliklə kütləvi immunitetin yaranmasında vacib rol oynayacaq", deyə infeksionist bildirib. 

Təyyar Eyvazov onu da qeyd edib ki, yeni ştam əvvəlki ştamlardan yayınır:

""Delta" ştamı keçirən şəxslər bu ştamı da keçirə bilər. Eyni zamanda peyvənd olunmuş şəxslərə də aiddir. Xüsusən risk qrupları və əhalinin yaşlı insanları üçün buster dozanı təklif edirik. Ona görə ki, əldə olunmuş immunitetin saxlanması üçün vacibdir. Azərbaycanda rəsmi olaraq 12 nəfər "Omicrona yoluxub, onlar ev şəraitində müalicə alırlar. Onlarda ağırlaşmalar olmayıb. Amma məlumdur ki, "Omicron” "delta” ştamını sıxışdırıb hegemon ştama çevriləcək. Digər ölkələrin praktikasından görünür ki, belə xəstələr isə xəstəliyi yüngül keçirir. İnsanın yanaşı xəstəliyi varsa, o zaman ağır keçirə bilər. Həmçinin heç xəstələnməmiş insanlar da bunu ağır keçirə bilər. İnsan iki dəfə peyvənd olunubsa qanda əmələgələn neytrallaşdırıcı anticisimlərin səviyyəsi daha yüksək olur. Belə araşdırmalar var. Məsələn 2 doza "Pfizer” almış insanlarda "Omicron” ştamına qarşı qoruyuculuq 25 faizdirsə, üçüncü dozada isə bu 70 faizə qədər yüksəlir. Mümkün qədər buster dozanı vurmaq lazımdır", deyə bildirib. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol