• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bəzi bələdiyyələr ləğv edilir

Azərbaycanda bəzi bələdiyyələr ləğv edilir
06.05.2014 14:47
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.Trend-in məlumatına görə, iclasın gündəliyində 2 məsələnin - "Azərbaycan Respublikasının bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsinin və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə və dəyişikliklər haqqında layihəsinin müzakirəsi yer alıb.Qanun layihələri barədə məlumat verən komitənin sədri Arif Rəhimzadə bildirib ki, Azərbaycanda bələdiyyələrin yaradılması üçün iki şərt var: "Şərtlərdən biri odur ki, bələdiyyələrin fəaliyyəti üçün ərazi olmalıdır. İkincisi, həmin ərazidə 5 nəfər də olsa, insan yaşayırsa, o zaman bələdiyyə yaradılması üçün əsas var. Bu da ən demokratik yoldur. Ona görə də Azərabycanda bələdiyyələrin sayı çox idi".Komitə sədri onu da əlavə edib ki, ilk vaxtlar 2757 bələdiyyə fəaliyyət göstərirdi: "Sonradan bu qənaətə gəlindi ki, kiçik bələdiyyələr özlərini lazımi səviyyədə göstərə bilmir. Buna görə də 2009-cu ildə mayın sonlarında bələdiyyələr birləşdirilərək sayı 1716-ya endirildi. Yeni qanuna əsasən, 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da 110 bələdiyyə ləğv edilir".A.Rəhimzadə qeyd edib ki, bu gün bələdiyyələrə torpaq xəritələrinin verilməsində müəyyən problemlər mövcuddur: "Bu, əsasən Bakıda böyük problemdir. Bunun da əsas səbəbi burada dövlət və bələdiyyə əmlakının ayrılmasında çətinliyin olmasıdır".Qeyd edək ki, Ağcəbədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonu üzrə 1, Ağdaşda 15, Astara, Xaçmaz, Qax, Samux, Balakən üzrə 2, Fizulidə 3, Goranboy, Quba, Şəmkir, Tərtər üzrə 4, Zaqatalada 6, Şamaxıda 8, Gədəbəydə 11, Qəbələ rayonu üzrə 19 bələdiyyə birləşdirilib.Hər iki qanun layihəsi müzakirələrin sonunda parlamentin plenar iclasına tövsiyə olunub.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol