• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada kriminal avtoritetlər arasında atışma

Rusiyada kriminal avtoritetlər arasında atışma
26.01.2022 20:58
Yekaterinburqda kriminal avtoritetlərin görüşü ("sxodka”) atışma ilə bitib.

"Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, hadisə yanvarın 25-nə keçən gecə, "Kaspi” kafesinin yaxınlığında baş verib. Atışmanın təfərrüatını insidentin iştirakçılarından biri danışıb. Onun sözlərinə görə, gecə yarısı baş verən atışmanın iştirakçılarından biri kriminal avtoritet Marsel Həsənov olub. Görüşə gələnlərin Həsənovla bağlı çoxlu şikayətləri yaranıb. Onu döyməyə başlayıblar və Marsel adamlarını qoyaraq avtomobilinə atılıb və qaçıb. Onun maşını tapança və avtomatlardan atəşə tutulsa da, Həsənov qaçmağı bacarıb. Bildirilir ki, insident çeçenlər və dağıstanlılar arasında yaşanıb. 

Mübahisə pullu dayanacaqla bağlı məsələ üstündə başlanıb.
Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix baş verənləri təsdiqləyib. O bildirib ki, münaqişə iştirakçıları qeydiyyatda olan travmatik tapançadan atəş açıblar. Ölən və yaralananlar olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Baş verənlərin şəraiti müəyyən edilir.

Qorelixin sözlərinə görə, münaqişə pullu dayanacaq üstündə deyil, tərəflərdən birinin ağac kəsmə biznesi sahəsində maliyyə borcu ilə bağlı yaranıb. Hadisənin əsas iştirakçıları polis tərəfindən tez bir zamanda müəyyən edilib və dindirilib.
Məlumata görə, Marsel Həsənov Çelyabinsk vilayətinə "baxmağa” təyin edilmiş,  Yekaterinburqda maraqları olan məşhur çeçen "qanuni oğru” Əhməd Şalinskinin əlaqələndiricisi hesab olunur. İlk dəfə Marseli yayda döyməyə çalışsalar da, polisin müdaxiləsi ilə qurtula bilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol